Tarix:04/03/16
15.36 TB tutuma malik “Samsung PM1633a” modeli məlumat mərkəzlərində məlumatların saxlanılması sistemlərinə quraşdırma üçün nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, qurğu “V-NAND” texnologiyası üzrə hazırlanmış 512 ədəd fləş yaddaş çipindən yığılıb. Bir belə çipin tutumu 32 QB təşkil edir. “Samsung” şirkəti 2015-ci ilin avqustunda belə mikrosxemlərin kütləvi istehsalına başlayıb.
Daşıyıcı məlumatların ötürülməsi sürəti 12 Qbit/s təşkil edən “Serial Attached SCSI” (“SAS”) interfeysi ilə təchiz edilib. Təsadüfi oxuma rejimində maksimal sürət saniyədə 200 min giriş-çıxış əməliyyatı (IOPS), təsadüfi yazma rejimində isə 32 min IOPS təşkil edir. Cənubi Koreya şirkətinin nümayəndəsi bildirib ki, bu, analoji interfeysə malik sərt diskin işləmə sürəti ilə müqayisədə 1000 dəfə çoxdur.
Emil Hüseynov
Rekord tutuma malik fləş daşıyıcı buraxılıb
“Samsung” şirkəti 15.36 TB tutumunda “SSD” buraxıb və iddia edir ki, bu qurğu sərt diskdən 1000 dəfə daha sürətli işləyir.15.36 TB tutuma malik “Samsung PM1633a” modeli məlumat mərkəzlərində məlumatların saxlanılması sistemlərinə quraşdırma üçün nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, qurğu “V-NAND” texnologiyası üzrə hazırlanmış 512 ədəd fləş yaddaş çipindən yığılıb. Bir belə çipin tutumu 32 QB təşkil edir. “Samsung” şirkəti 2015-ci ilin avqustunda belə mikrosxemlərin kütləvi istehsalına başlayıb.
Daşıyıcı məlumatların ötürülməsi sürəti 12 Qbit/s təşkil edən “Serial Attached SCSI” (“SAS”) interfeysi ilə təchiz edilib. Təsadüfi oxuma rejimində maksimal sürət saniyədə 200 min giriş-çıxış əməliyyatı (IOPS), təsadüfi yazma rejimində isə 32 min IOPS təşkil edir. Cənubi Koreya şirkətinin nümayəndəsi bildirib ki, bu, analoji interfeysə malik sərt diskin işləmə sürəti ilə müqayisədə 1000 dəfə çoxdur.
Emil Hüseynov
Baxış sayı: 729
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet