12px13px15px17px
Tarix:07/03/16

Amerikalı mühəndislər tərəfindən yaradılmış yeni şlem səsin qoxusunu hiss etməyə imkan verir

Amerikalı mühəndislər tərəfindən hazırlanmış şlemin köməyi ilə səsin qoxusunu hiss etmək, rəngi eşitmək və musiqini görmək mümkündür. Nadir nevroloji fenomenə - sinesteziya xüsusiyyətlərinə malik insanlar futuristik şlemin istehsalçıları üçün ilham mənbəyi rolunu oynayıblar.

“Autodesk” şirkətinin mühəndisi tərəfindən yaradılmış şlem sinesteziya xüsusiyyətlərinə malik olan insana səsi görməyə, rəngi eşitməyə, tekstura və ya melodiyanın həndəsi formasını hiss etməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, mühəndis Zaxariya Hovard belə qəribə duyğuların adi insanlar tərəfindən hiss edilməsinə nail olmaq üçün şlemə rəng datçiki, nəzarət mikroprosessoru və efir yağlarından ibarət bir neçə ampul inteqrasiya edib.

Həmçinin, şlemin üstündə verilən datçiki ovucun içində saxlamaq lazımdır: bu datçik şlem sahibinin toxunduğu səthin rəngini müəyyənləşdirir. Bundan sonra datçikin siqnalı çipə göndərilir və sonuncu səthin əsas rəngini üç spektral rəngə (qırmızı, yaşıl və göy) ayırır. Daha sonra bu informasiya efir yağlarını yayan ventilyatorların işinin tənzimlənməsində istifadə olunur.

Emil Hüseynov




Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024