12px13px15px17px
Tarix:07/03/16

“Ermeni zindanında 8 gün” adlı kitabın təqdimat mərasimi keçirilib

Yəqin ki, bütün Azərbaycan qadınları üçün 8 rəqəmi Beynəlxalq Qadınlar günü – 8 Martla assosiasiya olunur. Lakin rabitəçi Dürdanə Ağayeva üçün 8 rəqəmi həyatının ən dəhşətli anlarını simvolizə edir.
 
Məhz bu səbəbdən də 8 Mart ərəfəsində rabitəçi Dürdanə Ağayevanın müəllifliyi ilə Türkiyədə nəşr edilən "Ermeni zindanında 8 gün" adlı kitabın təqdimatının keçirilməsi də təsadüfi deyil.
 
Düz 24 il əvvəl erməni qəsbkarları tərəfindən xüsusi amansızlıqla həyata keçirilən Xocalı Soyqırımı həqiqətlərinə həsr olunmuş Türkiyənin "İnsani və Sosial Araşdırmalar Mərkəzi" tərəfindən çap edilmiş kitab Azərbaycan qadınlarının fəryadını dünyaya çatdıracaq əsaslı dəlildir.
 
 
Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi təcavüzünün, soyqırımı həqiqətlərinin dünyaya çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyasına verilən dəstəkdir.
 
Kitabın təqdimat mərasimində millət vəkilləri, Xocalı sakinləri, KİV nümayəndələri iştirak edib.
 
 
Tədbirdə çıxış edənlər dəhşətli qətliamı bir daha yada salaraq, erməni təcavüzkarlığının dünyaya çatdırlmasında bu kitabın da rolunun olacağını qeyd ediblər.
 
 
Daha sonra müəllif Dürdanə Ağayeva iki ilə ərsəyə gələn kitabın Xocalının sağalmayan yaralarından bəhs etdiyini deyərək, nəşrdə 20 yaşlı rabitəçi qızın, eləcə də Xocalı sakinlərinin başına gətirilən amansız qəddarlığın yer aldığını qeyd edib.
 
 
Sonda "Ermeni zindanında 8 gün" kitabı müəllif imzası ilə tədbir iştirakçılarına paylanılıb. 




Baxış sayı: 959

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024