Tarix:09/03/16
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, Niderland istehsalçısının məhsulların planlaşdırılması üzrə direktoru Denni Tek texnologiyaya istehlakçılar arasında tələbatın olmadığını bildirərək onun yalnız "Philips”in televizor istehsalını çətinləşdirməsini qeyd edib.
Şirkətin “3D” televizorların buraxılmasından imtina etməsi ilə bağlı qərar oxşar məhsulların sonu demək olmasa da, bazarda onların payının xeyli azalmasına gətirib çıxaracaq, “3D” televizorlar seqmentində yeganə oyunçu isə Yaponiyanın “Panаsonic” şirkəti qalacaq.
Xatırladaq ki, bir müddət əvvəl Cənubi Koreyanın "Samsung Electronics” şirkəti yeni maye-kristal (LCD) televizor modellərinə “3D” funksiyasının əlavə edilməsindən imtina edib. Eyni zamanda digər Cənubi Koreya istehsalçısı "LG Electronics” bu funksiyanı dəstəkləyən yeni modellərin sayını iki dəfə azaldaraq onu yalnız yeni buraxılan ən bahalı televizorlara əlavə etməyi planlaşdırır.
“ “LG” nümayəndəsinin sözlərinə görə, 2016-cı ildə şirkətin yalnız beş yeni televizor modelindən birində “3D” funksiyası dəstəklənəcək. Halbuki 2015-ci ildə bu funksiya modellərin 40 faizində quraşdırılıb.
Bildirilir ki, müvafiq qərar televizorlarda “3D” funksiyasına tələbatın aşağı olması, eləcə də onu əvəz edən “Ultra HD” texnologiyasının yaranması ilə bağlı qəbul edilib. Digər səbəblərdən biri kimi “3D” kontentin kifayət qədər olmaması göstərilir.
Nizam Nuriyev
Daha bir tanınmış şirkət “3D” televizorların istehsalından imtina edib
Niderlandın “Philips” şirkəti “3D” texnologiyasını dəstəkləyən televizorların istehsalından rəsmən imtina edib. Şirkətin 2016-cı ildə buraxılacaq bütün televizor modelləri bu funksiya ilə təchiz edilməyəcək.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, Niderland istehsalçısının məhsulların planlaşdırılması üzrə direktoru Denni Tek texnologiyaya istehlakçılar arasında tələbatın olmadığını bildirərək onun yalnız "Philips”in televizor istehsalını çətinləşdirməsini qeyd edib.
Şirkətin “3D” televizorların buraxılmasından imtina etməsi ilə bağlı qərar oxşar məhsulların sonu demək olmasa da, bazarda onların payının xeyli azalmasına gətirib çıxaracaq, “3D” televizorlar seqmentində yeganə oyunçu isə Yaponiyanın “Panаsonic” şirkəti qalacaq.
Xatırladaq ki, bir müddət əvvəl Cənubi Koreyanın "Samsung Electronics” şirkəti yeni maye-kristal (LCD) televizor modellərinə “3D” funksiyasının əlavə edilməsindən imtina edib. Eyni zamanda digər Cənubi Koreya istehsalçısı "LG Electronics” bu funksiyanı dəstəkləyən yeni modellərin sayını iki dəfə azaldaraq onu yalnız yeni buraxılan ən bahalı televizorlara əlavə etməyi planlaşdırır.
“ “LG” nümayəndəsinin sözlərinə görə, 2016-cı ildə şirkətin yalnız beş yeni televizor modelindən birində “3D” funksiyası dəstəklənəcək. Halbuki 2015-ci ildə bu funksiya modellərin 40 faizində quraşdırılıb.
Bildirilir ki, müvafiq qərar televizorlarda “3D” funksiyasına tələbatın aşağı olması, eləcə də onu əvəz edən “Ultra HD” texnologiyasının yaranması ilə bağlı qəbul edilib. Digər səbəblərdən biri kimi “3D” kontentin kifayət qədər olmaması göstərilir.
Nizam Nuriyev
Baxış sayı: 715
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet