Tarix:11/03/16
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, “Kinect” texnologiyası ilə əlaqələndirilmiş fərdiləşdirilmiş proqram istifadəçilərə zərərli vərdişlər, düzgün olmayan qamət haqda məlumat verir.
"Oturaq iş insan sağlamlığına ciddi zərər vuran müasir epidemiyadır. Ofis işçilərinin 70%-i gündəlik orta hesabla 5 saat otururlar. Buna görə də 6 aydan sonra bu işçilərin 66%-nin fiziki ağrılardan əziyyət çəkməsi heç də təəccüblü deyil. Müxtəlif tədqiqatçıların məlumatına əsasən, tezliklə dünya əhalisinin 80%-i (5/8 milyard nəfər) bel ağrısından şikayət edəcək" – “SitYEA”-nın baş direktoru Tomas Martunas deyib.
Yeni ixtiranı real həyatda istifadə etmək üçün kompüterə “Kinect” qurğusunu qoşmaq və “SitYEA” proqramını quraşdırmaq lazımdır. Yaxın gələcəkdə sözügedən proqram təminatı kompüterdəki veb kameralarla inteqrasiya ediləcək.
"Kompüter arxasında işləyən zaman biz vaxt amilini unuduruq. Buna görə biz düzgün olmayan qamətin bərpasında kömək edəcək və ya fasilə etmək haqda xatırladacaq “SitYEA” proqramını hazırlamışıq" – Martunas bildirib.
İstənilən əməliyyat sistemi ilə inteqrasiya və istifadə sadəliyi “SitYEA” proqramının açıq üstünlüyüdür.
Emil Hüseynov
Ofis işçilərinin qamətinin bərpasına kömək edən proqram təminatı yaradılıb
Kompüter arxasında saatlarla vaxt keçirən insanlar indi “SitYEA” proqramının köməyi ilə səhhəti ilə bağlı problemlərdən narahat olmaya bilərlər. Bu, iş yerlərində uzun müddət ərzində oturan əməkdaşların qamətinə nəzarət və düzəliş edən ilk proqram təminatıdır.“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, “Kinect” texnologiyası ilə əlaqələndirilmiş fərdiləşdirilmiş proqram istifadəçilərə zərərli vərdişlər, düzgün olmayan qamət haqda məlumat verir.
"Oturaq iş insan sağlamlığına ciddi zərər vuran müasir epidemiyadır. Ofis işçilərinin 70%-i gündəlik orta hesabla 5 saat otururlar. Buna görə də 6 aydan sonra bu işçilərin 66%-nin fiziki ağrılardan əziyyət çəkməsi heç də təəccüblü deyil. Müxtəlif tədqiqatçıların məlumatına əsasən, tezliklə dünya əhalisinin 80%-i (5/8 milyard nəfər) bel ağrısından şikayət edəcək" – “SitYEA”-nın baş direktoru Tomas Martunas deyib.
Yeni ixtiranı real həyatda istifadə etmək üçün kompüterə “Kinect” qurğusunu qoşmaq və “SitYEA” proqramını quraşdırmaq lazımdır. Yaxın gələcəkdə sözügedən proqram təminatı kompüterdəki veb kameralarla inteqrasiya ediləcək.
"Kompüter arxasında işləyən zaman biz vaxt amilini unuduruq. Buna görə biz düzgün olmayan qamətin bərpasında kömək edəcək və ya fasilə etmək haqda xatırladacaq “SitYEA” proqramını hazırlamışıq" – Martunas bildirib.
İstənilən əməliyyat sistemi ilə inteqrasiya və istifadə sadəliyi “SitYEA” proqramının açıq üstünlüyüdür.
Emil Hüseynov
Baxış sayı: 789
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)