Tarix:12/03/16
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, "ağıllı" şinlər sürücüsüz avtomobillərdə quraşdırılmaq üçün nəzərdə tutulub və gələcək nəqliyyat sistemi konsepsiyasını inkişaf etdirir.
"Eagle-360" modelinin ənənəvi şinlərdən fərqi onun kürə formasında olmasındadır. Şirkətin hesablamalarına görə, kürəşəkilli şinlər avtomobilləri daha manevrli və təhlükəsiz etməklə onlar istənilən istiqamətdə hərəkət edə biləcəklər, o cümlədən 360 dərəcə dönə və qarla və ya buzla örtülmüş yerlərdə sürüşməyəcəklər.
Bildirilir ki, şinlər kuza ilə maqnit sahəsi vasitəsilə birləşdirilir. Bu texnologiyadan artıq maqnit yastıq üzərində hərəkət edən qatarların konstruksiyasında istifadə olunur. Ənənəvi mexaniki asmanın olmaması səs-küyün səviyyəsini azaltmağa imkan verir ki, bu da sərnişinlər üçün rahatlığı artırır.
Digər nümunə - "IntelliGrip" xarici görünüşünə görə adi şindir, lakin ötürücülərlə təchiz edilməsi sayəsində yol örtüyü və iqlim şəraiti, eləcə də öz temperaturu və təzyiqi barədə informasiya toplayır. Toplanan parametrlər sürücüsüz nəqliyyat vasitəsinin idarəetmə sisteminə ötürülür ki, bu da avtomobilin getdiyi yolu qısaltmağa, onun idarəetməsini yaxşılaşdırmağa, eləcə də yardımçı sistemlərin işini optimallaşdırmağa imkan verir.
"Goodyear" mütəxəssislərinin fikrincə, gələcəkdə "ağıllı" şinlər "ESC" (elektron dayanıqlığa nəzarət sistemi), "BSC" (əyləc idarəetmə sistemi) və "SCS" (asma idarəetmə sistemi) kimi avtomobil "elektron yardımçılar"ın tərkib hissəsinə çevriləcək.
Nizam Nuriyev
“Goodyear” sferik şinlər təqdim edib
"Goodyear" şirkəti Cenevrə Beynəlxalq avtosalonunda iki innovativ şin modelini nümayiş etdirib."ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, "ağıllı" şinlər sürücüsüz avtomobillərdə quraşdırılmaq üçün nəzərdə tutulub və gələcək nəqliyyat sistemi konsepsiyasını inkişaf etdirir.
"Eagle-360" modelinin ənənəvi şinlərdən fərqi onun kürə formasında olmasındadır. Şirkətin hesablamalarına görə, kürəşəkilli şinlər avtomobilləri daha manevrli və təhlükəsiz etməklə onlar istənilən istiqamətdə hərəkət edə biləcəklər, o cümlədən 360 dərəcə dönə və qarla və ya buzla örtülmüş yerlərdə sürüşməyəcəklər.
Bildirilir ki, şinlər kuza ilə maqnit sahəsi vasitəsilə birləşdirilir. Bu texnologiyadan artıq maqnit yastıq üzərində hərəkət edən qatarların konstruksiyasında istifadə olunur. Ənənəvi mexaniki asmanın olmaması səs-küyün səviyyəsini azaltmağa imkan verir ki, bu da sərnişinlər üçün rahatlığı artırır.
Digər nümunə - "IntelliGrip" xarici görünüşünə görə adi şindir, lakin ötürücülərlə təchiz edilməsi sayəsində yol örtüyü və iqlim şəraiti, eləcə də öz temperaturu və təzyiqi barədə informasiya toplayır. Toplanan parametrlər sürücüsüz nəqliyyat vasitəsinin idarəetmə sisteminə ötürülür ki, bu da avtomobilin getdiyi yolu qısaltmağa, onun idarəetməsini yaxşılaşdırmağa, eləcə də yardımçı sistemlərin işini optimallaşdırmağa imkan verir.
"Goodyear" mütəxəssislərinin fikrincə, gələcəkdə "ağıllı" şinlər "ESC" (elektron dayanıqlığa nəzarət sistemi), "BSC" (əyləc idarəetmə sistemi) və "SCS" (asma idarəetmə sistemi) kimi avtomobil "elektron yardımçılar"ın tərkib hissəsinə çevriləcək.
Nizam Nuriyev
Baxış sayı: 650
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet