12px13px15px17px
Tarix:15/03/16

“Microsoft” süni intellektin mənbə kodunu hamı üçün əlçatan edəcək

“Microsoft” korporasiyası süni intellektin sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş “AIX” (“Project AIX”) platformasının mənbə kodunu açmağa dair qərar verib. İndiyədək “AIX” platforması bir sıra institutlarda qapalı beta-test rejimində əlçatan olub. 2016-cı ilin yayında sözügedən platformanın kodunu  açıq lisenziya altında dərc etmək planlaşdırılır.

"Kompüter alqoritmləri insan kimi və ya ondan daha yaxşı şəkildə tapşırıqların öhdəsindən gəlir. Amma kompüter alqoritmləri körpə kimi görə, hiss edə və eşidə bilmirlər" – “Microsoft”un əməkdaşı Elison Lina deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, süni intellekt tədqiqatçıları kompüterlərə müəyyən qabiliyyətləri (məsələn, söz tanımağı) öyrədə bilsələr də,  indiyədək bu bacarıqlardan kompleks şəkildə istifadə üsulunu tapmayıblar.

Əgər tədqiqatçılar robotlara dağlara dırmaşmağı öyrətsəydilər, o zaman robotlar hər dəfə yerə yıxıldıqda onları təmir etmək lazım gələrdi. “Microsoft Research” laboratoriyasının 5 mühəndisi bunu reallaşdırmaq üçün başqa üsula əl atıblar: onlar “Minecraft” oyunundakı personaja virtual dağa dırmaşmağı öyrədirlər.

Emil Hüseynov




Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024