Tarix:17/03/16
“ICTnews” Elektron Xəbər Xidməti “bagnet.org” saytına istinadən yazır ki, bir neçə il davam edən sınaqlar zamanı alimlər transplantasiya üçün uyğun gəlməyən 73 donor orqanından istifadə ediblər.
Donor ürəklər üzərində işləyən alimlər yalnız hüceyrəxarici matriksi, həmçinin zədələnməmiş qan damarlarını saxlayaraq miokard hüceyrələrini məhv ediblər. Bundan sonra karkas gövdələrdən əldə edilmiş hüceyrələrlə doldurulub. 120 gün ərzində ürək toxumasını formalaşdırmış gövdə hüceyrələri əmələ gəlib.
Alimlərin sözlərinə görə, yetişdirilmiş miokard elektrik impulslarına cavab olaraq yığılıb, bir sözlə, əsl ürək kimi işləyib.
Lakin bir problem mövcuddur. Əkilmiş hüceyrələri müxtəlif funksional növ kimi inkişaf etdirmək çətindir. Məlumdur ki, ürək toxuması yalnız kardiomiositlərdən deyil, həm də epitelilər və hamar əzələ hüceyrələrindən ibarətdir.
Bununla belə, qrupun rəhbəri həkim Harold Ott bəyan edib ki, gələcək transplantasiya üçün 100% yetişdirilmiş orqan artıq gələcəyin reallığıdır.
Emil Hüseynov
Alimlər laboratoriya şəraitində insan ürəyi yetişdiriblər
Alimlər regenerasion tibbin inkişafı istiqamətində mühüm irəliləyişə nail olublar. Massaçusets Universiteti nəzdində mərkəzi xəstəxana, Harvard Gövdə Hüceyrələri İnstitutu və Harvard Tibb Məktəbində işləyən biomühəndislər komandası laboratoriya şəraitində insan ürəyi yetişdiriblər.“ICTnews” Elektron Xəbər Xidməti “bagnet.org” saytına istinadən yazır ki, bir neçə il davam edən sınaqlar zamanı alimlər transplantasiya üçün uyğun gəlməyən 73 donor orqanından istifadə ediblər.
Donor ürəklər üzərində işləyən alimlər yalnız hüceyrəxarici matriksi, həmçinin zədələnməmiş qan damarlarını saxlayaraq miokard hüceyrələrini məhv ediblər. Bundan sonra karkas gövdələrdən əldə edilmiş hüceyrələrlə doldurulub. 120 gün ərzində ürək toxumasını formalaşdırmış gövdə hüceyrələri əmələ gəlib.
Alimlərin sözlərinə görə, yetişdirilmiş miokard elektrik impulslarına cavab olaraq yığılıb, bir sözlə, əsl ürək kimi işləyib.
Lakin bir problem mövcuddur. Əkilmiş hüceyrələri müxtəlif funksional növ kimi inkişaf etdirmək çətindir. Məlumdur ki, ürək toxuması yalnız kardiomiositlərdən deyil, həm də epitelilər və hamar əzələ hüceyrələrindən ibarətdir.
Bununla belə, qrupun rəhbəri həkim Harold Ott bəyan edib ki, gələcək transplantasiya üçün 100% yetişdirilmiş orqan artıq gələcəyin reallığıdır.
Emil Hüseynov
Baxış sayı: 840
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet