Tarix:18/03/16
“ICTnews” Elektron Xəbər Xidməti “Livejournal” resursuna istinadən yazır ki, şəkər xəstəliyi diaqnozunun qoyulduğu insanlar tədricən əl-ayağın amputasiyasının səbəb ola biləcək yaranın əmələ gəlməsini diqqətlə izləməlidirlər. Lakin yaralara yalnız yaranma vaxtı diaqnoz qoyulur ki, bu da sağalma prosesini çətinləşdirir.
İsrail alimləri bu məqsədlə tərkibində çoxlu mikroskopik təzyiq sensorlarının olduğu corab kəşf ediblər. Sensorlar real vaxt rejimində təzyiqin və ayağın vəziyyətinin dəyişməsinə reaksiya verərək bu barədə məlumatları dərhal smartfona ötürür. Bu, yaraların yaranması barədə xəbərdarlıq etməyə və diabetik neyropatiyanın inkişaf təhlükəsini azaltmağa imkan verəcək.
“Ağıllı” corab elə yaradılıb ki, hətta onu paltaryuyan maşında yumaq mümkündür.
“Xəstələrə və onların ailələrinə yaraların inkişafının qarşısını almaq üçün lazım olan alətləri təqdim edərkən biz şəkərli diabetlə əlaqədar səhiyyə xərclərini xeyli azalda bilərik”, - Yəhudi Universitetinin “Biodesign” proqramının direktoru Yaakov Nahmias bildirib.
Məlumat üçün qeyd edək ki, Yəhudi Universiteti dünyanın yüz ən yaxşı universiteti siyahısına daxildir.
Nizam Nuriyev
Ayağın amputasiyasının qarşısını almaq üçün “ağıllı” corab yaradılıb
İsrailin Yəhudi Universitetinin alimləri diabetdən əziyyət çəkən insanlar üçün “ağıllı” corab icad ediblər. Qurğu smartfonlar üçün mobil əlavənin idarəetməsi ilə işləyir və diabetik neyropatiyanın (şəkər xəstələrinin ayağının alt pəncəsində yaraların inkişafı ilə əlaqədar sinirlərin pozulma növü) tez-tez səbəb olduğu əl-ayağın amputasiyası təhlükəsini aradan qaldırmağa kömək edir.“ICTnews” Elektron Xəbər Xidməti “Livejournal” resursuna istinadən yazır ki, şəkər xəstəliyi diaqnozunun qoyulduğu insanlar tədricən əl-ayağın amputasiyasının səbəb ola biləcək yaranın əmələ gəlməsini diqqətlə izləməlidirlər. Lakin yaralara yalnız yaranma vaxtı diaqnoz qoyulur ki, bu da sağalma prosesini çətinləşdirir.
İsrail alimləri bu məqsədlə tərkibində çoxlu mikroskopik təzyiq sensorlarının olduğu corab kəşf ediblər. Sensorlar real vaxt rejimində təzyiqin və ayağın vəziyyətinin dəyişməsinə reaksiya verərək bu barədə məlumatları dərhal smartfona ötürür. Bu, yaraların yaranması barədə xəbərdarlıq etməyə və diabetik neyropatiyanın inkişaf təhlükəsini azaltmağa imkan verəcək.
“Ağıllı” corab elə yaradılıb ki, hətta onu paltaryuyan maşında yumaq mümkündür.
“Xəstələrə və onların ailələrinə yaraların inkişafının qarşısını almaq üçün lazım olan alətləri təqdim edərkən biz şəkərli diabetlə əlaqədar səhiyyə xərclərini xeyli azalda bilərik”, - Yəhudi Universitetinin “Biodesign” proqramının direktoru Yaakov Nahmias bildirib.
Məlumat üçün qeyd edək ki, Yəhudi Universiteti dünyanın yüz ən yaxşı universiteti siyahısına daxildir.
Nizam Nuriyev
Baxış sayı: 630
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet