Tarix:30/03/16
“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, proqramçılar tərəfindən yaradılmış sistem videokameranın köməyi ilə insanın danışığını izləyir.
Alimlər sistemə dodaqdan oxumağı öyrətmək üçün danışığı iki komponentə bölüblər: fonem və onların vizual ekvivalenti olan vizemlər. Əsas çətinlik ondan ibarətdir ki, danışıqda fonemlərdən daha çox istifadə edilir, buna görə alimlər ikisəviyyəli iyerarxik struktur yaradıblar.
Mütəxəssislər sistemin işləmək qabiliyyətini iki model (“dil” və “fonem” modeli) üzərində sınaqdan keçiriblər. Hər iki halda uğur faizi hələ ki çox azdır: sistem sözləri 10-15 faiz, fonemləri isə 25 faizədək dəqiqliklə tanıyır. Alimlərin müşahidəsinə əsasən, bu, əvvəlki nəticələrlə müqayisədə mühüm irəliləyişdir.
Gələcəkdə alimlər bu texnologiyanı təkmilləşdirməyi planlaşdırırlar. Məsələn, sözügedən texnologiya səs yazısı korlandığı halda tətbiq edilə bilər.
Emil Hüseynov
Kompüter dodaqdan oxumaq qabiliyyətinə yiyələnib
Şərqi İngiltərə Universitetində çalışan alimlər dodaqdan oxuya bilən maşın təlimi sistemi yaradıblar. Sistem Şanxayda keçirilmiş “ICASSP” konfransında nümayiş etdirilib.“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, proqramçılar tərəfindən yaradılmış sistem videokameranın köməyi ilə insanın danışığını izləyir.
Alimlər sistemə dodaqdan oxumağı öyrətmək üçün danışığı iki komponentə bölüblər: fonem və onların vizual ekvivalenti olan vizemlər. Əsas çətinlik ondan ibarətdir ki, danışıqda fonemlərdən daha çox istifadə edilir, buna görə alimlər ikisəviyyəli iyerarxik struktur yaradıblar.
Mütəxəssislər sistemin işləmək qabiliyyətini iki model (“dil” və “fonem” modeli) üzərində sınaqdan keçiriblər. Hər iki halda uğur faizi hələ ki çox azdır: sistem sözləri 10-15 faiz, fonemləri isə 25 faizədək dəqiqliklə tanıyır. Alimlərin müşahidəsinə əsasən, bu, əvvəlki nəticələrlə müqayisədə mühüm irəliləyişdir.
Gələcəkdə alimlər bu texnologiyanı təkmilləşdirməyi planlaşdırırlar. Məsələn, sözügedən texnologiya səs yazısı korlandığı halda tətbiq edilə bilər.
Emil Hüseynov
Baxış sayı: 545
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı