Tarix:30/03/16
“ICTnews” Elektron Xəbər Xidməti “Planet-today” resursuna istinadən yazır ki, layihə rəhbəri Kreyq Venterin sözlərinə görə, nəticəsi yeni bakteriyanın yaradılması olan tədqiqatın məqsədi əvvəlcə başqa olub. Çünki biz orqanizm genomunun baza sisteminin funksionallığını pozmadan onun həyat fəaliyyətini nə dərəcədə azaltmağın mümkünlüyünü yoxlamaq istəyirdik.
K.Vneterin rəhbərliyi ilə alimlər 901 gendən ibarət genoma malik “Mycoplasma mycoides” bakteriyası üzərində eksperiment aparıblar. Genetiklər mikroorqanizm genlərinin sayını 437-dək azaltmaqla əvvəllər təbiətdə mövcud olmayan yeni bakteriya əldə etməyə müvəffəq olublar.
Bununla yanaşı, “JCVI-syn3.0” adlanan yeni mikroorqanizm genlərinin təxminən üçdə bir hissəsinin təyinatı naməlumdur. Belə ki, yalnız bakteriyanın onlar olmadan yaşaya bilməməsi məlum olub.
Layihə rəhbəri qeyd edib ki, “JCVI-syn3.0” sintetik orqanizmi cansız materiyaya guya can verən əfsanəvi “həyati qüvvə”nin mövcud olmamasının bariz sübutudur. Nəzəri baxımdan yalnız genlərin sayı ilə manipulyasiya etməklə hər hansı orqanizm yaratmaq mümkündür.
Nizam Nuriyev
Alimlər tam süni canlı varlıq yaratmağa nail olublar
Britaniya genetikləri dünyada ilk dəfə tam süni canlı orqanizm - minimal saylı genlərə malik yaşamağa qabil bakteriya yaratmağa nail olublar.“ICTnews” Elektron Xəbər Xidməti “Planet-today” resursuna istinadən yazır ki, layihə rəhbəri Kreyq Venterin sözlərinə görə, nəticəsi yeni bakteriyanın yaradılması olan tədqiqatın məqsədi əvvəlcə başqa olub. Çünki biz orqanizm genomunun baza sisteminin funksionallığını pozmadan onun həyat fəaliyyətini nə dərəcədə azaltmağın mümkünlüyünü yoxlamaq istəyirdik.
K.Vneterin rəhbərliyi ilə alimlər 901 gendən ibarət genoma malik “Mycoplasma mycoides” bakteriyası üzərində eksperiment aparıblar. Genetiklər mikroorqanizm genlərinin sayını 437-dək azaltmaqla əvvəllər təbiətdə mövcud olmayan yeni bakteriya əldə etməyə müvəffəq olublar.
Bununla yanaşı, “JCVI-syn3.0” adlanan yeni mikroorqanizm genlərinin təxminən üçdə bir hissəsinin təyinatı naməlumdur. Belə ki, yalnız bakteriyanın onlar olmadan yaşaya bilməməsi məlum olub.
Layihə rəhbəri qeyd edib ki, “JCVI-syn3.0” sintetik orqanizmi cansız materiyaya guya can verən əfsanəvi “həyati qüvvə”nin mövcud olmamasının bariz sübutudur. Nəzəri baxımdan yalnız genlərin sayı ilə manipulyasiya etməklə hər hansı orqanizm yaratmaq mümkündür.
Nizam Nuriyev
Baxış sayı: 620
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet