12px13px15px17px
Tarix:02/04/16

Yapon şirkəti robotu kreativ direktor təyin edib

Yaponiyanın "McCann" reklam agentliyi süni intellekti yaradıcı direktor vəzifəsinə təyin edib və o, real müştərilərlə işləyəcək.

İstehsalçıların fikrincə, süni intellekt reklam sahəsinə daha çox yaradıcılıq gətirə bilər, çünki robotun işi özündə stereotiplərin məhv edilməsi və televiziya verilişlərinin təhlilini saxlayan alqoritmə əsaslanır.
"ICTnews" Elektron Xəbər Xidməti "vnews.agency" saytına istinadən  bildirir ki, "McCann" agentliyinin yaradıcı direktoru olan robot 1 aprel tarixindən öz vəzifəsinin icrasına başlayıb.

Əməkdaşlar və beynəlxalq yaradıcı cəmiyyət sözügedən robotun debütünü səbirsizliklə gözləyirlər, çünki "AI-CD β" adlı intellekt bu və ya digər brendin televiziya reklamının tarixi uğuruna əsaslanaraq reklam kampaniyalarının konsepsiyasını yaradacaq ilk robot olacaq.

"McCann" şirkətinin baş direktoru Yasuyuki Kataqinin sözlərinə görə, süni intellekt artıq musiqi, kino və teleseriallar daxil olmaqla geniş əyləncə spektrinin yaradılmasından istifadə olunur.

"Biz böyük məmnuniyyətlə "β AI-CD" robotunu öz komandamıza qəbul edirik. Şirkətimiz yeni əməkdaşı tam dəstəkləməyə hazırdır" – direktor bildirib.

Emil Hüseynov




Baxış sayı: 501

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024