12px13px15px17px
Tarix:08/04/16

“Fontus” butulkası havanı suya çevirir

Səyahət zamanı ehtiyatda içməli suyun vacib olması fikrinə əsaslanan ABŞ alimi Kristofer Retezar hava və işıqdan su hasil edə bilən inqilabi "Fontus Airo" və "Fontus Ryde" adlanan butulkalar hazırlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, onların köməyi ilə səyahətə gedərkən, məsələn, çoxlu yer tutan ağır butulkaları götürməyə ehtiyac qalmır. "Fontus Airo" və "Fontus Ryde" müvafiq olaraq piyada və velosiped səyahətləri üçün nəzərdə tutulub. Hava butulkanın qapağının içində soyuyaraq xüsusi səthlərdə kondensasiya olunur və filtrasiya prosesindən keçdikdən sonra əsas tutumun içinə daxil olur.

"Fontus Airo" butulka üçün qoruyucu çexol rolunu da oynayan xüsusi günəş batareyası ilə işləyir. "Fontus Ryde" modeli velosipedin ramasına bərkidilərək hərəkət zamanı havanı avtomatik toplayır və əlavə enerji mənbələri tələb etmir. Butulkanın alt hissəsində suyun minerallaşdırma prosesini həyata keçirən xüsusi kapsullar yerləşir. Bunun sayəsində istifadəçi fasiləsiz təzə mineral su ilə təmin olunur.

"Fontus Airo" və "Fontus Ryde" butulkalarını müvafiq olaraq 200 və 165 dollara sifariş etmək mümkündür.  

Nizam Nuriyev






Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024