12px13px15px17px
Tarix:11/04/16

Alimlər qrafik təsviri DNT molekuluna yazmağa nail olublar

“Microsoft”un tədqiqat mərkəzinin əməkdaşları Vaşinqton Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində “ASPLOS” beynəlxalq konfransında hesabat təqdim ediblər. Məlum olub ki, onlar məlumatları dezoksiribinuklein turşusunun molekullarına yazmağa və bundan sonra yadda saxlanmış informasiyanı oxumağa nail olublar.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, əksər alimlər dezoksiribinuklein turşusunun məlumat daşıyıcısı rolunda  istifadəsində maraqlıdır. Belə ki, 1 qram DNT molekulunda bir neçə yüz il müddətində milyardlarla qiqabayt məlumat yadda saxlamaq mümkündür. Bu göstərici müasir məlumat saxlama qurğularının xarakteristikasından bir neçə dəfə yüksəkdir.

Alimlər məlumat massivinin (şəkil) kodlaşdırılması üçün süni sürətdə sintez edilmiş nukleotidlər ardıcıllığından istifadə ediblər. Hər belə qrup özündə müəyyən informasiya biti yadda saxlayır. Faylların saxlanılması üçün bir massivdə birləşdirilmiş bir neçə qrup lazım olub.

Tədqiqatçılar məlumatların yazılması və oxunması zamanı səhvlərin yaranması ehtimalını azaltmaq üçün informasiyanın kodlaşdırılması üzrə xüsusi metod hazırlayıblar.

Alimlər tədqiqat prosesində DNT molekuluna 151 KB tutumunda 3 ədəd qrafik təsvir yazmağa nail olublar. Daha sonra əks alqoritmdən istifadə edərək bu təsvirləri yenidən yaradıblar.

Emil Hüseynov



Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024