12px13px15px17px
Tarix:12/04/16

Yaponiyada barmaq izinin köməyi ilə ödəniş etmək mümkün olacaq

Cari ilin yayında Yaponiya hökuməti tərəfindən sınaqdan keçiriləcək yeni sistem ölkəyə səyahət edən turistlərə alış-veriş zamanı barmaq izinin köməyi ilə ödəniş etməyə imkan verəcək. Pilot layihənin əsas məqsədi cinayətkarlığın səviyyəsini azaltmaq, həmçinin turistləri öz üzərində pul kisəsi, “NFC” çiplə təchiz edilmiş smartfon daşımaqdan xilas etməkdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, Yaponiyaya səyahət edən turistlərə birbaşa aeroportda barmaq izlərinin qeydə alınaraq bank kartının məlumatlarına bağlanması təklif ediləcək. Bundan sonra turistlər iki barmağını barmaq izini oxuyan qurğunun üzərinə qoymaqla 300-dən çox mağaza, hədiyyə dükanı, restoran və mehmanxanada mal və xidmətlərin haqqını ödəyə biləcəklər. Bununla belə, turist mehmanxanada yer tutmaq üçün əvvəlki kimi şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

2017-ci ilin yazına kimi sözügedən layihənin Toxoku regionu və Naoqi şəhər dairəsində  tətbiq olunacağı gözlənilir. 24 iyul – 9 avqust 2020-ci il tarixlərində Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına qədər sistem tam işə salınacaq.

Emil Hüseynov




Baxış sayı: 975

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024