12px13px15px17px
Tarix:13/04/16

Yaponiyada robot dünyada ilk dəfə orta məktəbə daxil olub

Danışan insanabənzər “Pepper” robotu rəsmən Yaponiyada orta məktəbə qəbul edilib. Kibernetik qurğu bundan sonra dünyada ilk dəfə uşaqlarla birlikdə təhsil alacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, bu münasibətlə məktəbdə açılış mərasimi keçirilərək şagirdləri robot ilə yaradılan ünsiyyətin onlara gələcək həyatda lazım olacağına görə bu nadir imkanından maksimum yararlanmağa çağırıblar. “Pepper” özü isə heç vaxt insanların təhsil aldığı məktəbə qəbul olunacağını düşünmədiyini bildirərək var qüvvəsi ilə çalışacağına söz verib.
 
Yaponcadan başqa, həm də ingiliscə danışan robotdan əsasən ingilis dili dərslərində istifadə nəzərdə tutulur. Yaponiyanın “Softbank Corp” mobil rabitə şirkəti tərəfindən hazırlanan “Pepper” hələlik bank və mağazalarda müştərilərə xidmət göstərəcək. Ötən ilin iyununda robotun ilk min ədəd nümunəsi 1 dəqiqə ərzində 214 yenə (1,9 min dollar) satılıb.

Tərtibatçıların sözlərinə görə, robot, demək olar, sevinc, kədər, qorxu, həyəcan, əsəb kimi bütün insan emosiyalarını müəyyənləşdirməyə imkan verən çoxlu kamera və ötürücülərlə təchiz edilib. Vəziyyətdən asılı olaraq “Pepper” zarafata cavab olaraq gülə və ya sahibini sakitləşdirə bilər. O, həmçinin öz-özünə təhsil alma qabiliyyətinə malikdir.

Bundan başqa, “Pepper” dayə, xəstə baxıcısı və ya adi həmsöhbət funksiyasını yerinə yetirir, eləcə də onu təlimatlandırmaq mümkündür. O, emosiyaları ifadə etməklə yanaşı, insanın emosional vəziyyətini qiymətləndirə bilir.

Yaponiya hökuməti robotların istehsalını və tətbiqini fəal şəkildə həvəsləndirərək ölkənin dünya iqtisadiyyatının bu sahəsində lider mövqelər tutacağına ümid edir. Bu məqsədlə dövlət büdcəsindən kibernetik işçilər tətbiq edən şirkətlərə subsidiyalar ayrılır.  

Nizam Nuriyev  




Baxış sayı: 539

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Aprel 2024

28 04 2024