12px13px15px17px
Tarix:14/04/16

“BIG-i” ailə robotu səsli komandalara reaksiya verir

"NXROBO" şirkəti 2016-cı ildə istehsalına başlanılacaq "BIG-i" ailə robotunun prototipini nümayiş etdirib. Xüsusi hazırlanan əməliyyat sistemi və proqram təminatından istifadə edən robot səsli komandaları başa düşür, sifətləri tanıyır, eləcə də qurğularla əlaqə qura bilir. İstifadəçi, həmçinin səs və jestlərin köməyi ilə robotu yeni funksiyalara öyrədə bilər. Şirkətin planına görə, gələcəkdə ümumi istifadəçi göstərişləri robotun "xarakter"ini formalaşdıracaq ki, bu da ona daha məhsuldar köməkçi kimi çıxış etməyə imkan verəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA  resursuna istinadən yazır ki, "BIG-i" komandada deyilən vəziyyəti vizual şəkildə müəyyən edə bilir. Məsələn, standart robot üçün mürəkkəb səslənən "Tommini meyvəni götürən görsən, ona əllərini yumağı xatırlat" komandasını "BIG-i" anlayacaq. Belə göstərişdən sonra Tomminin sifətini kamerası ilə tanıyan və meyvəni götürməsini görən robot ona gigiyena qaydalarına riayət etməyi xatırladacaq.  

Yalnız sahibinin səsini tanıyan "BIG-i" sədaqətli robot hesab edilə bilər. Bu isə o deməkdir ki, o, digər insanları yad adam kimi qəbul edir və onların əmrlərinə tabe olmur.

Robotun qiyməti barədə hələlik məlumat verilmir.


Nizam Nuriyev






Baxış sayı: 493

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024