12px13px15px17px
Tarix:19/04/16

Dünyada ilk modulyar canlı robot yaradılıb

Kornelis Vlasman insan bədəninin ilk modulyar prototipini hazırlayıb. “The Modular Body” layihəsinin müəllifi öz prototipini “Oskar” adlandırıb. Alim layihənin saytında yazıb ki, bu, nəfəs alan və hərəkət edən canlı modulyar robotdur.

Bu inanılmazdır: alim cihazı insan bədəninin yuxarı hissəsinə uyğun gələn modula birləşdirdikdən sonra o hərəkətə gəlir. Modul nəfəs almağa başlayır, qan dövr edir.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, bundan sonra alt hissə yuxarı hissəyə qoşulur və hərəkət etməyə davam edir. Nəhayət, alim əlləri bədənə birləşdirdikdən sonra modulyar prototip onları tanıyır və metal masanın üstündə sürünməyə başlayır.

Vlasman iddia edir ki, insan bədəni köhnə bioloji qurğudur. Bu, artıq təkamülünü dayandırmış qapalı sistemdir.

Hər gün planetdə milyonlarla insan müxtəlif orqanların işində problemlərlə üzləşirlər.
Alim özü üçün insan orqanizmi anlayışını yenidən müəyyənləşdirmək, orqanların əvəz edilməsini təbii və ucuz prosedura çevirmək niyyətindədir. O, həmkarları ilə birgə müstəqil laboratoriyada insan hüceyrələrindən canlı orqanizm çap edib.

Elektron beyin bu sistemi idarə edir, qanın damarlarda dövr etməsini təmin edir, orqanizmin fəaliyyətini təmin etmək üçün əsəb impulsları göndərir. İstənilən modulu ayırmaq və yenisi ilə əvəz etmək olar.
  
Emil Hüseynov






Baxış sayı: 526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 May 2024

02 05 2024