12px13px15px17px
Tarix:20/04/16

“Viber” mesaj və zəngləri şifrləməyə başladı

Populyar “Viber” messencerinin komandası  “E2EE” (“End-to-end encryption”) şifrləməsini işə salıb. Məlumat üçün bildirək ki, “E2EE” (“End-to-end encryption”) şifrləməsindən istifadə zamanı mesajlar yalnız yazışmada iştirak edən istifadəçilər tərəfindən oxunula bilər, messencerin yaradıcıları, provayderlər, hakerlər, hökumət idarələri və başqa kənar şəxslər mesajların deşifr edilməsi üçün lazımi açarlara giriş imkanına malik deyillər.

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, mesajların tam şifrlənməsi funksiyası “Viber” messencerinin yeni versiyasının (6.0) istifadəçilərinə əlçatandır. Sözügedən funksiyanı aktivləşdirmək  üçün proqramda təkrar autentifikasiyadan keçmək lazımdır. Qrup çatlarındakı mesajlar daxil olmaqla, zənglər və bütün mesajlar şifrlənir.

Emil Hüseynov




Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024