12px13px15px17px
Tarix:06/05/16

Ödəniş funksiyalı soyuducular satışa çıxarılıb

“Samsung Electronics” şirkəti qida məhsullarının sifarişi və ödənişi funksiyasına malik innovativ “The Family Hub” soyuducusunun satışa çıxarılmasını açıqlayıb. İlk olaraq ABŞ alıcılarının yararlana biləcəyi qurğunun qiyməti buz kamerasının həcmindən asılı olaraq 5,799-6,799 dollar arasında dəyişir.

“ICTnews” Elektron Xəbər Xidməti “Payspacemagazine ” resursuna istinadən yazır ki, soyuducu qurğunun idarəetmə mərkəzi olacaq 21,5 düymlü sensor ekranla təchiz edilib. Bu mini-kompüter vasitəsilə uzaqdan idarəetmə üçün soyuducunun smartfonla rabitə əlaqəsini qurmaq olar. Ən çox tələb olunan funksiyalardan birinin supermarketdə olan zaman quraşdırılmış kamera vasitəsilə soyuducunun içində olan ərzaqlara baxmaq funksiyasının olacağı gözlənilir.

Həmçinin soyuducu ərzağın supermarketdən 1 saata çatdırılmasının sifarişi, sifarişin soyuducu ekranından “MasterCard” kartı ilə ödənilməsi, alış siyahısının yaradılması, məhsulların yararlılıq müddətinin bitməsi barədə xatırlatma, temperatur rejiminin idarə edilməsi, reseptlər bazası kimi funksiyalarla təchiz ediləcək.

Bundan əlavə, qurğu müxtəlif sosial və əyləncəli funksiyalara malik olacaq. Ekranda ailə fotoşəkillərinə baxmaq, müxtəlif qeydlər etmək, eləcə də hava proqnozu ilə tanış olmaq mümkündür.

Nizam Nuriyev 




Baxış sayı: 1436

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 May 2024

02 05 2024