12px13px15px17px
Tarix:11/05/16

Qırışlara qarşı qeyri-adi krem icad edilib

Dünyada hər bir kosmetika istehsalçısı qadınların dərisini daha hamar edə biləcək krem yaratmaq arzusundadır. Bəzi nəhəng kosmetika korporasiyaları bu sahədə müəyyən uğurlar əldə ediblər. Lakin bu günədək mövcud kremlərdən heç biri Massaçusets Texnologiya İnstitutunda çalışan  alimlərin nail olduğu nəticə ilə müqayisə oluna bilməz. Belə ki, adıçəkilən institutun alimləri tərəfindən yaradılmış krem təbii dərinin üstündən ikinci hamar dəri yaradır.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, Harvard Universitetinin alimləri və “Living Proof” şirkətinin əməkdaşlarının dəstəyi ilə Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılardan ibarət qrupu tərəfindən yaradılmış maddə “XPL” (“cross-linked polymer layer”) adlandırılıb. Polimer məhlul insanın dərisinə iki mərhələ olmaqla çəkilir. Bundan sonra dərinin xarici görünüşünü təkrarlayan elastik nazik plyonkaya çevrilən krem fiziki təsir nəticəsində silinmir və hətta 24 saat ərzində yuyulmur.

Alimlər bildirib ki, bu kremi müxtəlif dərmanlarla uyğunlaşdırmaq olar ki, sonuncu dəri vasitəsilə pasiyentin bədəni tərəfindən sorulacaq, həmçinin krem insan bədənini açıq yaralardan qoruya bilər. Lakin, əlbəttə ki, kosmetika korporasiyaları bütün qadınları gəncləşdirəcək vasitəni əldə etmək üçün milyardlarla dollar xərcləməyə hazırdırlar. Bundan başqa, dəridə yaranan nazik plyonka 250% dartıla bilər. Məlumat üçün bildirək ki, bizim öz dərimiz yalnız 180% dartıla bilir.

Emil Hüseynov






Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024