Tarix:12/05/16
Mobil rabitənin əsasları ilə bağlı nəzəri və təcrübi biliklərlə yanaşı, iştirakçılara “Nar” şəbəkəsi haqda məlumat verilib, eyni zamanda baza stansiyaları ilə əyani tanışlıq imkanı yaradılıb. Texniki şöbənin əməkdaşları müxtəlif şəbəkə sınaqları keçirərək, texniki avadanlıqların yüksək fəaliyyətini, o cümlədən “4G” avadanlıqlarının iş prinsipini nümayiş etdiriblər.
Daha sonra iştirakçılara mobil texnologiyanın gələcək inkişaf perspektivləri haqda ətraflı məlumat verilib, “Nar” şəbəkəsinin qurulması və yenilənməsi zamanı ən son texnologiyadan istifadə edilməsi haqda təqdimat keçirilib.
Təlimdə “Nar” şəbəkəsinin son 2 il ərzində 2 dəfədən çox artması və 5600-dən artıq baza stansiyadan ibarət dayanıqlı şəbəkənin abunəçilərə xidmət göstərməsi vurğulanıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Həqiqət İSABALAYEA
“Mobil rabitənin əsasları” mövzusunda təlim keçirilib
“Nar” media nümayəndələri üçün “Mobil rabitənin əsasları” mövzusunda təlim təşkil edib. “Nar”ın yerli mütəxəssislərindən ibarət peşəkar texniki heyət tərəfindən keçirilən təlimdə jurnalistlər, bloqqerlər, ictimaiyyət nümayəndələrinə mobil şəbəkənin fəaliyyəti, mobil internetin əsasları, “2G”, “3G” və “4G” rabitə texnologiyaları, mobil cihazların şəbəkədə qeydiyyatı, mobil rabitənin tarixi, standartlar və texnologiyalar, rouminq xidməti, cihazların qorunması xidməti, təyyarədə mobil rabitə xidməti, cihazın yerinin təyini xidməti, “əşyaların interneti” və s. mövzularda geniş məlumat verilib.Mobil rabitənin əsasları ilə bağlı nəzəri və təcrübi biliklərlə yanaşı, iştirakçılara “Nar” şəbəkəsi haqda məlumat verilib, eyni zamanda baza stansiyaları ilə əyani tanışlıq imkanı yaradılıb. Texniki şöbənin əməkdaşları müxtəlif şəbəkə sınaqları keçirərək, texniki avadanlıqların yüksək fəaliyyətini, o cümlədən “4G” avadanlıqlarının iş prinsipini nümayiş etdiriblər.
Daha sonra iştirakçılara mobil texnologiyanın gələcək inkişaf perspektivləri haqda ətraflı məlumat verilib, “Nar” şəbəkəsinin qurulması və yenilənməsi zamanı ən son texnologiyadan istifadə edilməsi haqda təqdimat keçirilib.
Təlimdə “Nar” şəbəkəsinin son 2 il ərzində 2 dəfədən çox artması və 5600-dən artıq baza stansiyadan ibarət dayanıqlı şəbəkənin abunəçilərə xidmət göstərməsi vurğulanıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Həqiqət İSABALAYEA
Baxış sayı: 879
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet