Tarix:14/05/16
“STAR” (“Smart Tissue Autonomous Robot”) adlı avtonom qurğu yara yerinə tikiş vurmaq üçün robot əl və avtomatlaşdırılmış alətdən ibarətdir. Robot, həmçinin əməliyyat üçün lazımi hərəkətləri dəqiqliklə göstərən “3D” infraqırmızı təsvir sistemi və sensorlar sistemi ilə təchiz edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, Vaşinqtonda yerləşən Milli Uşaq Səhiyyə Sisteminin mütəxəssisləri “STAR” aparatını donuzlar üzərində sınaqdan keçiriblər. Bu, donuzlarda daxili orqanların insanla oxşar olması səbəbi ilə izah edilib.
Layihədə iştirak edən tibb mütəxəssisi Piter Kim heyrətlə bildirib ki, cərrahlarla müqayisədə “STAR” aparatı əməliyyatı daha yaxşı yerinə yetirib. Onun sözlərinə görə, robot səhvə yol verdikdə cərrah istənilən an əməliyyata müdaxilə edə bilər. Belə ki, bir düyməyə sıxmaqla robotun fəaliyyətini dayandırmaq mümkündür.
Mütəxəssislərin fikrincə, robot kor bağırsaq və öd kisəsi əməliyyatlarında yardımçı olacaq.
Tədqiqatın nəticəsinə əsasən, yaxın 2-3 ildə kliniki sınaqlara başlamaq mümkündür.
Emil Hüseynov
Cərrahdan daha yaxşı əməliyyat edən robot yaradılıb
ABŞ-da cərrahi əməliyyat zamanı müəyyən funksiyaları cərrahdan daha yaxşı yerinə yetirən ilk robot yaradılıb.“STAR” (“Smart Tissue Autonomous Robot”) adlı avtonom qurğu yara yerinə tikiş vurmaq üçün robot əl və avtomatlaşdırılmış alətdən ibarətdir. Robot, həmçinin əməliyyat üçün lazımi hərəkətləri dəqiqliklə göstərən “3D” infraqırmızı təsvir sistemi və sensorlar sistemi ilə təchiz edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, Vaşinqtonda yerləşən Milli Uşaq Səhiyyə Sisteminin mütəxəssisləri “STAR” aparatını donuzlar üzərində sınaqdan keçiriblər. Bu, donuzlarda daxili orqanların insanla oxşar olması səbəbi ilə izah edilib.
Layihədə iştirak edən tibb mütəxəssisi Piter Kim heyrətlə bildirib ki, cərrahlarla müqayisədə “STAR” aparatı əməliyyatı daha yaxşı yerinə yetirib. Onun sözlərinə görə, robot səhvə yol verdikdə cərrah istənilən an əməliyyata müdaxilə edə bilər. Belə ki, bir düyməyə sıxmaqla robotun fəaliyyətini dayandırmaq mümkündür.
Mütəxəssislərin fikrincə, robot kor bağırsaq və öd kisəsi əməliyyatlarında yardımçı olacaq.
Tədqiqatın nəticəsinə əsasən, yaxın 2-3 ildə kliniki sınaqlara başlamaq mümkündür.
Emil Hüseynov
Baxış sayı: 918
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı