12px13px15px17px
Tarix:18/05/16

Dünyada ilk bioyanacaqla təchiz edilən bina tikilib

Almaniyanın Hamburq şəhərində isitmə və kondisionerləşdirmə üçün enerjini yosunlardan alınan bioyanacaqdan hasil edən dünyanın ilk yaşayış binası istismara verilib. Daha bir yenilik ondan ibarətdir ki, su bitkiləri "Bio Intelligent Quotient (BIQ) House” adlanan həmin bu binada becərilir. 

“ICTnews” Elektron Xəbər Xidməti “Newsdiscover” resursuna istinadən yazır ki, 15 mənzilli beşmərtəbəli yaşayış binasının iki divarı - cənub-şərq və cənub-qərb tərəfi Hamburqdan axan Elba çayında bitərək bina üçün yeganə istilik enerji mənbəyi kimi çıxış edən yosunlardan ibarət 129 düz akvariumla üzlənib. Akvariumlara avtomatik qidalı maddələr və karbon qazı verilir. Bundan başqa, şəffaf rezervuarlardan hər biri günəş batareyaları kimi Günəşin istiqaməti üzrə dönə bilir.

Bildirilir ki, yayda yosunlar fəal şəkildə böyüyür və çoxalırlar. Onların sayı akvariumlarda çoxalanda, xammalın bir hissəsi binanın daxilinə çatdırılaraq burada xüsusi qurğu onu bioyanacağa çevirir. Məhz “yaşıl” yanacağın yandırılması binanı qışda istiliklə təmin edir.

Üç ilə tikilən “BIQ” binasına 5 milyon avroya yaxın vəsait xərclənib. Bu, Avropada inşası “Internationale Bauausstellung” (IBA) beynəlxalq arxitektura layihələndirmə şirkətlər qrupu tərəfindən maliyyələşdirilən 16 binadan biridir. Qrupun məqsədi ekoloji təmiz binaların yaradılmasının iqtisadi baxımdan sərfəli və rentabelli olmasını sübut etməkdir.  

Nizam Nuriyev 




Baxış sayı: 639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024