12px13px15px17px
Tarix:21/05/16

Mobil proqram əllə yazılmış tənlikləri həll edəcək

ABŞ-ın “Mathpix” şirkəti “iOS” əməliyyat sistemli qurğular üçün əllə yazılmış tənlikləri tanıyan və həll edə bilən eyniadlı pulsuz mobil əlavə təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, proqramın yazılmış tənliyi həll etməsi üçün istifadəçinin mobil telefonun kamerasını onun üzərinə yönəltməsi tələb olunur. “Mathpix” tənliyi müstəqil şəkildə hesablayaraq onu həll etmək üçün serverə göndərir.

Bildirilir ki, proqram cavablar verməklə yanaşı, qrafikalar qurur. Bundan başqa, “Mathpix” mürəkkəb tapşırıqlar (məsələn, inteqral və ya törəmə məsələləri) üçün həlli ardıcıllıqla yazır.

Süni intellekt əsasında qurulan “Matrix” serverləri kompüter təlimindən istifadə edir. Bu, o deməkdir ki, sistem daim tənlikləri tanımaq və həll etmək bacarığını yaxşılaşdırır.

Qeyd edək ki, bir neçə ilə əvvəl "Photomath” şirkəti bazara kənar serverləri olmayan və səhvlərə yol verən oxşar kalkulyator çıxarıb.

Nizam Nuriyev 




Baxış sayı: 1003

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024