Tarix:31/05/16
2015-ci ildə haker hücumları nəticəsində dəyən ziyanın həcmi 1,07 milyard dolları ötüb. Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) İnternet Cinayətkarlığı üzrə Şikayətlərin Qəbulu Mərkəzinin (Internet Crime Complaint Center, IC3) 2015-ci il üçün kibercinayətkarlığa həsr olunan hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, hesabata görə, ötən il mərkəzə hakerlərin qurbanı olan istifadəçilərdən 288 012 şikayət daxil olub. Bunun 2453-ü fırıldaqçılıq proqram təminatına aid olub. Şifrləyici virus proqramlarından dəyən ziyanın həcmi 1,6 milyon dollar təşkil edib. 2015-ci ildə fırıldaqçılıq proqram təminatı geniş yayılmış təhlükə olmasa da, statistikaya görə, ondan əldə olunan gəlir artmaqda davam edir. “IC3” ilk dəfə fırıldaqçılıq proqram təminatı haqqında 2012-ci il hesabatlarında söhbət açıb. 2014-cü ilin ikinci yarısında mərkəzə bu təhlükə ilə bağlı 1 402 şikayət daxil olub. O zaman şifrləyici virus proqramlarından ziyanın həcmi 490 min dollara bərabər olub.
Onu da nəzərə almaq lazımdır ki, “IC3” hakerlərin qurbanı olan şəxsin FTB-yə şikayətlə rəsmi müraciət etməsi halları haqqında məlumat verir. “Kasperski laboratoriyası” şirkətinin məlumatına görə, 2015-ci ildə 179 209 fırıldaqçılıq proqram təminatı ilə yoluxdurulan kompüter aşkarlanıb. Ötən ay “CNN” telekanalının FTB-yə istinadən verdiyi məlumata görə, şifrləyici virus proqramlarından ziyan 24 milyon dolları ötüb.
Nizam Nuriyev
2015-ci ildə haker hücumlarından ziyan 1 milyard dolları ötüb

Baxış sayı: 581
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet