12px13px15px17px
Tarix:31/05/16

Smartfonu idarə etmək üçün orijinal qurğu təqdim olunub

“Fingertips Lab” startapı smartfonu idarə etmək üçün orijinal qurğu təqdim edib. Fırlanan halqa formasında olan, səsli idarəetmə üçün mikrofon və akselerometrlə təchiz edilmiş yenilik ekrana baxmadan, yalnız düyməyə sıxmaqla bir çox məsələləri asanlıqla yerinə yetirməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən xəbər ki, həb formasında olan cihaz “O6” adlandırılıb. Yeni qurğunu  bilərzik kimi də istifadə etmək olar, yaxud geyimə, hətta avtomobilin sükanına bərkitmək mümkündür. Səs vasitəsilə aksesuarı idarə etmək olar, bundan başqa qurğu fırlatma təkəri, 4 ədəd naviqasiya klavişi və daxili akselerometrlə təchiz edilib.

“O6” cihazı “Bluetooth”un köməyilə telefona qoşulur. Qurğu poçtu dinləməyə, mesajlara cavab verməyə, zəng etməyə və ya musiqi seçib dinləməyə imkan verir. Daxili akkumulyator sayəsində qurğu 10 gün müddətində avtonom işləyir.

Hazırda “O6” cihazı yalnız “iPhone” və “iPad” qurğularını dəstəkləyir, ancaq istehsalçı yaxın gələcəkdə “Android” dəstəyini planlaşdırır. “Fingertips Lab” startapı “O6” cihazının kütləvi istehsalı üçün lazımi vəsaiti “Kickstarter” platforması üzərindən toplayır. Şirkət lazım olan məbləği toplaya bilsə, qurğu 149 dollara satışa çıxarılacaq.


Emil Hüseynov






Baxış sayı: 645

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024