Tarix:31/05/16
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən xəbər verir ki, Alabama Universitetinin məlumatına görə, hazırda 250 mindən çox amerikalının onurğa beynində ciddi xəsarət var. Təxminən 118 min nəfərdə əl və ayaqlar iflic olub və kompüterdən istifadə onlar üçün çox çətindir.
Bundan əvvəl ixtiraçılar beyin dalğaları və ya gözlərin hərəkəti vasitəsilə kompüteri idarəetmə üzrə həllər təklif edərək əlillərə kömək etməyə cəhd göstəriblər. Ancaq Emma Moqus “maus”u əvəz etmək üçün daha sadə üsul hazırlayıb: əllərin əvəzinə insan dilindən istifadə etmək.
17 yaşlı Emma Okvill şəhərində yerləşən orta məktəbin 12-ci sinfində təhsil alır. O, öz ixtirasını 12 may tarixində keçirilmiş “Intel” korporasiyasına məxsus Beynəlxalq Elmi-Texniki Yarmarkada nümayiş etdirib. Yarmarkada Emmadan başqa dünyanın 75 ölkəsindən 1750-dən çox tələbə və məktəbli iştirak edib.
Məktəbli qız öz ixtirasının prototipini sadə elementlərdən hazırlayıb. Qurğunun əsas hissəsi kapadır (idman zədələrindən qorunmaq məqsədilə dişlərə taxılan qurğu). Emma kapada ikisi solda, ikisi sağda və biri ön hissədə olmaqla 5 deşik açıb və onların hər birinə dillə toxunmaq mümkündür. Emma hər bir deşiyə təzyiqə həssas çevirici bərkidib. 4 çevirici kompüterin klaviaturasındakı "yuxarı", "aşağı", "sol", "sağ" düymələrinə uyğundur. Beşinci çevirici “maus”un çıqqıltısı funksiyasını yerinə yetirir. Qurğunun bütün detallarının dəyəri 10 dollardan azdır.
Emmanın hazırladığı prototip kompüterə siqnalı kabel vasitəsilə ötürür. Amma o söz verib ki, qurğunun sonrakı versiyalarında siqnallar simsiz şəbəkə ilə ötürüləcək.
Sözügedən qurğunun sınaqlarında iştirak edən əlillər iki dərsdən sonra mətnin yığım sürətini iki dəfə artırıblar.
Emil Hüseynov
İnsan dilinin köməyilə kompüterin idarəsi üsulu kəşf edilib
İnsan dilinin köməyilə “maus”un göstəricisini idarəetmə əlil insanların kompüterdən istifadəsinə imkan verəcək. Ötən həftə kanadalı məktəbli qız sözügedən innovativ qurğunu təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən xəbər verir ki, Alabama Universitetinin məlumatına görə, hazırda 250 mindən çox amerikalının onurğa beynində ciddi xəsarət var. Təxminən 118 min nəfərdə əl və ayaqlar iflic olub və kompüterdən istifadə onlar üçün çox çətindir.
Bundan əvvəl ixtiraçılar beyin dalğaları və ya gözlərin hərəkəti vasitəsilə kompüteri idarəetmə üzrə həllər təklif edərək əlillərə kömək etməyə cəhd göstəriblər. Ancaq Emma Moqus “maus”u əvəz etmək üçün daha sadə üsul hazırlayıb: əllərin əvəzinə insan dilindən istifadə etmək.
17 yaşlı Emma Okvill şəhərində yerləşən orta məktəbin 12-ci sinfində təhsil alır. O, öz ixtirasını 12 may tarixində keçirilmiş “Intel” korporasiyasına məxsus Beynəlxalq Elmi-Texniki Yarmarkada nümayiş etdirib. Yarmarkada Emmadan başqa dünyanın 75 ölkəsindən 1750-dən çox tələbə və məktəbli iştirak edib.
Məktəbli qız öz ixtirasının prototipini sadə elementlərdən hazırlayıb. Qurğunun əsas hissəsi kapadır (idman zədələrindən qorunmaq məqsədilə dişlərə taxılan qurğu). Emma kapada ikisi solda, ikisi sağda və biri ön hissədə olmaqla 5 deşik açıb və onların hər birinə dillə toxunmaq mümkündür. Emma hər bir deşiyə təzyiqə həssas çevirici bərkidib. 4 çevirici kompüterin klaviaturasındakı "yuxarı", "aşağı", "sol", "sağ" düymələrinə uyğundur. Beşinci çevirici “maus”un çıqqıltısı funksiyasını yerinə yetirir. Qurğunun bütün detallarının dəyəri 10 dollardan azdır.
Emmanın hazırladığı prototip kompüterə siqnalı kabel vasitəsilə ötürür. Amma o söz verib ki, qurğunun sonrakı versiyalarında siqnallar simsiz şəbəkə ilə ötürüləcək.
Sözügedən qurğunun sınaqlarında iştirak edən əlillər iki dərsdən sonra mətnin yığım sürətini iki dəfə artırıblar.
Emil Hüseynov
Baxış sayı: 570
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet