Tarix:31/05/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, Venesiya Biennalesi ərazisində yerləşən bina üst qatı sıxılmış torpaq və sement qarışığından ibarət olan, daxili isə plitka daşlarla hörülmüş adi tağlı tikilidir. Bu, son konstruksiya variantı olaraq onun Afrikada məhz bu şəkildə inşa ediləcəyi bildirilir.
Bina nəzərdə tutulan regiona karkas və kərpicin sıxılması üçün dəzgahın daxil olduğu dəstlər şəklində çatdırılacaq ki, bu da istifadə olunan tikinti materiallarını dəyişdirməyə imkan verəcək. Dəstdə, həmçinin istehsalçı videotəlimatı yer alıb. Tikilinin hər birində yük dronları üçün 100 km uçuş məsafəsinədək dayanacaqların yaradılması nəzərdə tutulur.
Bildirilir ki, proqram pilot layihə variantında plana görə, 2020-ci ilədək pilotsuz uçan aparatlar üçün ölkə ərazisinin 44 faizini əhatə edəcək üç bazanın yerləşəcəyi Ruandada həyata keçiriləcək. Gələcəkdə meydançaların inşası Konqonun tibbi ləvazimatlarla təmini məqsədi daşımaqla sonradan bina şəbəkələri bütün qitədə qurulacaq.
“Foster + Partners” şirkətinin məlumatına görə, təqdim olunan tikilini digər yerlərdə, məsələn, Cənubi Amerika və bir sıra Asiya ərazilərində inşa etmək mümkündür. Tikilidə dronlar üçün dayanacaqlarla yanaşı, məktəb, bazar və ya xəstəxana yerləşə bilər.
Nizam Nuriyev
Humanitar missiyalar üçün dron liman prototipi təqdim edilib
“Foster + Partners” şirkəti Afrikanın ucqar ərazilərinin humanitar yardım ilə təmini üzrə “Droneport” layihəsi çərçivəsində pilotsuz uçan aparatlar üçün nəzərdə tutulan bazanın prototipini təqdim edib. Proqramın pilot layihə şəklində 2016-cı ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, Venesiya Biennalesi ərazisində yerləşən bina üst qatı sıxılmış torpaq və sement qarışığından ibarət olan, daxili isə plitka daşlarla hörülmüş adi tağlı tikilidir. Bu, son konstruksiya variantı olaraq onun Afrikada məhz bu şəkildə inşa ediləcəyi bildirilir.
Bina nəzərdə tutulan regiona karkas və kərpicin sıxılması üçün dəzgahın daxil olduğu dəstlər şəklində çatdırılacaq ki, bu da istifadə olunan tikinti materiallarını dəyişdirməyə imkan verəcək. Dəstdə, həmçinin istehsalçı videotəlimatı yer alıb. Tikilinin hər birində yük dronları üçün 100 km uçuş məsafəsinədək dayanacaqların yaradılması nəzərdə tutulur.
Bildirilir ki, proqram pilot layihə variantında plana görə, 2020-ci ilədək pilotsuz uçan aparatlar üçün ölkə ərazisinin 44 faizini əhatə edəcək üç bazanın yerləşəcəyi Ruandada həyata keçiriləcək. Gələcəkdə meydançaların inşası Konqonun tibbi ləvazimatlarla təmini məqsədi daşımaqla sonradan bina şəbəkələri bütün qitədə qurulacaq.
“Foster + Partners” şirkətinin məlumatına görə, təqdim olunan tikilini digər yerlərdə, məsələn, Cənubi Amerika və bir sıra Asiya ərazilərində inşa etmək mümkündür. Tikilidə dronlar üçün dayanacaqlarla yanaşı, məktəb, bazar və ya xəstəxana yerləşə bilər.
Nizam Nuriyev
Baxış sayı: 689
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet