12px13px15px17px
Tarix:01/06/16

Bədənə bərkidilən kompas yaradılıb

İmplantların yaradılması ilə məşğul olan “Nest Cyborg” şirkəti gələcəyi yaxınlaşdırmaq üçün əlindən gələni edir. Hazırda şirkətin mütəxəssisləri bədənə bərkidilən kompasın yaradılması üzərində işləyirlər. Bu kompas qurğu sahibinə şimal istiqamətini tapmaqda kömək edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən xəbər verir ki, implantın bədənə bərkidilməsi üçün əməliyyat etmək və həb udmaq lazım deyil. Pirsinq üzrə yaxşı mütəxəssis bir neçə dəqiqə ərzində qurğunu sahibinin bədəninə bərkidəcək. Kompas 3 sm ölçüdədir.

Sahibinin bədəninə bərkidildikdən sonra öz işinə başlayan qurğu ərazi üzrə istiqaməti müəyyənləşdirməkdə kömək edəcək. “North Sense” adlandırılmış kompas titrəyiş etməklə istifadəçiyə şimal istiqamətini göstərəcək. Qurğu mobil proqramla birgə işləyəcək, internet lazım olmasa da, şarjını doldurmaq və yuxuya getmiş sahibinə şimal istiqamətini göstərmək üçün onu narahat etməməkdən ötrü gecə çıxarılmalıdır.

İlkin sifariş 367 ABŞ dollarına əlçatandır, 2016-cı ilin payızında ilk 2000 nüsxə sahiblərinə göndərilməyə başlanacaq.

Emil Hüseynov




Baxış sayı: 579

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Aprel 2024

28 04 2024