Tarix:03/06/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, molekullardan hazırlanan nanorobot proqramlaşdırma vəzifələrinin yerinə yetirilməsi üçün qurğu olmaqla hərəkət etmək, informasiyanı emal etmək və ötürmək, eləcə də surət çıxarmaq imkanları ilə təchiz edilib. Hazırda belə birləşmələrdən istifadə vakuum və temperaturun aşağı olması (təxminən 270° C) ilə məhdudlaşdırılıb.
Universitet nümayəndəsi Ceyms Turun sözlərinə görə, bununla əlaqədar əsas məsələ nanokompüterlərin stabil hərəkətinin təmin edilməsidir. Eksperiment zamanı alimlər robotların təkərlərinin sukeçirməz xüsusiyyətlərini artıraraq onların mobilliyini üst səthi hidrogen peroksidi və polietilenqlikol ilə örtülmüş şüşələrdə sınaqdan keçiriblər.
Bildirilir ki, bu halda təkərlərin hidrofobluq səviyyəsi həlledici rol oynayıb: qeyri-qənaətbəxş göstəriciyə malik nanorobotlar maye axını qarşısında aciz qalmaq riski ilə üzləşib, halbuki hidrofobluğun çox olması onları iflic edə bilərdi.
Sınaqların nəticələrinə görə bütün nanokompüterlər polietilenqlikol səthində yaxşı nəticələr göstəriblər. Lakin onlar hərəkət zamanı strukturun pozulması ilə üzləşiblər. Belə ki, robot molekulları havanın çirklənməsinin təsirinə məruz qalıblar.
Çətinliklərə baxmayaraq ABŞ kimyaçılarının ərsəyə gətirdiyi nanokompüterlər bu payız Fransada keçiriləcək beynəlxalq “NanoCar” yarışmasında qələbə qazanmaq imkanına malikdirlər. Yarışma molekulyar robotların qızıl trekdə elektrik cərəyanı vasitəsilə hərəkət etməsini nəzərdə tutur. Tədbirdə ABŞ-dan başqa Almaniya, Yaponiya, Fransa və Avstriya komandalarının iştirakı gözlənilir.
Nizam Nuriyev
Açıq havada hərəkət edən nanokompüterlər hazırlanıb
ABŞ-ın Rays Universitetinin alimləri açıq havada hərəkət edə bilən nanorobotlar hazırlamağa başlayıblar. Texnologiya tibbi məqsədlər daxil olmaqla molekulyar kompüterlərin tətbiqi sahəsini genişləndirməyə imkan verəcək.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, molekullardan hazırlanan nanorobot proqramlaşdırma vəzifələrinin yerinə yetirilməsi üçün qurğu olmaqla hərəkət etmək, informasiyanı emal etmək və ötürmək, eləcə də surət çıxarmaq imkanları ilə təchiz edilib. Hazırda belə birləşmələrdən istifadə vakuum və temperaturun aşağı olması (təxminən 270° C) ilə məhdudlaşdırılıb.
Universitet nümayəndəsi Ceyms Turun sözlərinə görə, bununla əlaqədar əsas məsələ nanokompüterlərin stabil hərəkətinin təmin edilməsidir. Eksperiment zamanı alimlər robotların təkərlərinin sukeçirməz xüsusiyyətlərini artıraraq onların mobilliyini üst səthi hidrogen peroksidi və polietilenqlikol ilə örtülmüş şüşələrdə sınaqdan keçiriblər.
Bildirilir ki, bu halda təkərlərin hidrofobluq səviyyəsi həlledici rol oynayıb: qeyri-qənaətbəxş göstəriciyə malik nanorobotlar maye axını qarşısında aciz qalmaq riski ilə üzləşib, halbuki hidrofobluğun çox olması onları iflic edə bilərdi.
Sınaqların nəticələrinə görə bütün nanokompüterlər polietilenqlikol səthində yaxşı nəticələr göstəriblər. Lakin onlar hərəkət zamanı strukturun pozulması ilə üzləşiblər. Belə ki, robot molekulları havanın çirklənməsinin təsirinə məruz qalıblar.
Çətinliklərə baxmayaraq ABŞ kimyaçılarının ərsəyə gətirdiyi nanokompüterlər bu payız Fransada keçiriləcək beynəlxalq “NanoCar” yarışmasında qələbə qazanmaq imkanına malikdirlər. Yarışma molekulyar robotların qızıl trekdə elektrik cərəyanı vasitəsilə hərəkət etməsini nəzərdə tutur. Tədbirdə ABŞ-dan başqa Almaniya, Yaponiya, Fransa və Avstriya komandalarının iştirakı gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 673
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet