12px13px15px17px
Tarix:07/06/16

Yeni sistem kompüteri ayaqla idarə etməyə imkan verəcək

Kompüterlə qarşılıqlı əlaqə üçün innovativ texnologiya insanların kompüter arxasında fəallığını artırmağa kömək edə bilər. Tədqiqatçılar kompüter arxasında hərəkətsiz işi daha şən və aktiv etmək məqsədilə kompüter sistemini ayaqla idarə etmək üçün xüsusi üsul təklif edirlər. Yeni kəşf haqqında informasiya “ACM SIGCHI” interaktiv sistemlərin layihələndirilməsi konfransında təqdim olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “www.gazeta.ru” resursuna istinadən yazır ki, tədqiqatçılar ayaq hərəkətlərinin masa üzərində yerləşən və onun arxasında ayaq üstündə iş üçün uyğunlaşdırılan kompüterlə qarşılıqlı əlaqəsinin köməyi ilə işləyən “Tap-Kick-Click” sistemini nümayiş etdiriblər. İstifadəçinin ayaqqabısında yerləşən ötürücülər ayağın hərəkətini qeydə alaraq komanda siqnallarını kompüterə ötürür. Bunun sayəsində kompüterdə bu və ya digər proqramla əlaqə yaradılır.

Mütəxəssislər “Tap-Kick-Click” sisteminin sənədlərlə işləməsini nümayiş etdiriblər, lakin onu iş üçün kompüterin, demək olar, bütün proqramlarına uyğunlaşdırmaq olar. Məsələn, sosial şəbəkəyə daxil olan zaman insan bədənini irəli verməli olur ki, bu da duruş vəziyyətinin narahat olmasına görə faktiki saytdan istifadə müddətini azaldır. Kompüter ekranında olan bələdçi istifadəçiyə quraşdırılan bu və ya digər funksiyalarla əlaqəni xatırlamağa kömək edir. 

Alimlər ümid edirlər ki, onların kəşf etdiyi sistem kompüterlə işi daha aktiv və əyləncəli edəcək.


Nizam Nuriyev 






Baxış sayı: 738

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024