12px13px15px17px
Tarix:10/06/16

“Microsoft” öz məhsullarında aşkar edilmiş boşluqlar üçün mükafatlandırma proqramı elan edib

“Microsoft” korporasiyası “.NET Core” və “ASP.NET Core RC2 Beta” məhsullarında aşkar edilmiş boşluqlar üçün 15 min dollar məbləğində mükafat vəd edir.

Bu həftə “Microsoft” şirkəti “.NET Core” və “ASP.NET Core RC2 Beta” məhsullarında aşkar edilmiş boşluqlar üçün yeni mükafatlandırma proqramına start verib.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən xəbər verir ki, mükafatlandırma proqramı cari ilin 7 iyun tarixindən 7 sentyabr  2016-cı il tarixinədək qüvvədə olacaq. İstehsalçı aşkar edilmiş boşluq üçün 500 ABŞ dolları məbləğində minimum mükafat vəd edir. Maksimum mükafat 15 min dollar təşkil edəcək.

Şirkət məhsullarını mükafatlandırma proqramına əlavə etməklə proqramların yekun versiyasının buraxılışından öncə tədqiqatçılar cəmiyyətindən maksimum rəy almağa ümid edir.

Mükafatlandırma proqramı “.NET Core”, “ASP.NET Core RC2 Beta” və bu proqramların sonrakı versiyalarına şamil olunur. Proqramda iştirak etmək istəyən tədqiqatçılar “Windows”, “OS X” və “Linux” platformalarında işləyən “.NET Core”, “ASP.NET Core RC2 Beta” adlı proqramlarda aşkar edilmiş boşluqlar haqda hesabatlarını göndərə bilərlər.

Mükafatlandırma proqramında iştirak edən proqramları bu linkdən  yükləmək olar.

Emil Hüseynov




Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024