Tarix:11/06/16
"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən xəbər verir ki, "Tango" – kamera və məsafə sensorlarının köməyi ilə ətraf mühitin tanınması texnologiyasıdır. "Microsoft Xbox" oyun konsolu üçün "Kinect" simsiz kontrolleri eyni üsulla qurulub. "Tango" texnologiyasının özəlliyi ondadır ki, sözügedən texnologiya mobil qurğular üçün nəzərdə tutulub.
Layihə "Google" korporasiyasının "Advanced Technology and Projects" ("ATAP") bölməsi tərəfindən işlənir. "ATAP", həmçinin "Google Ara" modulyar smartfonunun istehsalçısı kimi tanınır.
Beləliklə, "Phab2 Pro" smartfonu "ATAP" bölməsində yaradılmış texnologiyanın ilk real təqdimatıdır. 2017-ci ildə satışa çıxarılması planlaşdırılan modulyar smartfon ikinci təqdimat olacaq.
"Tango" texnologiyası yeni detallar və proqram təminatının məcmusudur. Yeni detallar dedikdə bu, "TOF" kamera (obyektlərə qədər olan məsafəni əks olunan işığın həmin obyektlərə çatma vaxtının ölçülməsi sayəsində müəyyənləşdirir), əlavə "balıq gözü" kamerası və infraqırmızı ötürücü. Sadalanan texnologiyalar qurğunun arxa tərəfində yerləşir.
"Tango" texnologiyası sayəsində smartfonun köməyi ilə arxada yerləşən məkanı skan etmək və ona animasiyalı kompüter qrafikası əlavə etmək mümkündür.
"Lenovo Phab2 Pro" qurğusu 6.4 düym diaqonallı "2K" formatında ekran, 1.8 QHs takt tezlikli səkkiznüvəli "Qualcomm Snapdragon 652" prosessoru, 4 QB əməli yaddaş və 64 QB daxili yaddaş, 4050 milliamper/saat tutumlu batareya ilə təchiz edilib və "LTE" dəstəyinə malikdir. Aparatın ölçüləri 179.8x88.6x10.7 mm, çəkisi təxminən 250 qram təşkil edir.
"Lenovo" şirkəti 2016-cı ilin sentyabrında "Phab2 Pro" smartfonunun satışlarına başlamağı planlaşdırır. ABŞ-da cihazın dəyəri 499 dollar təşkil edəcək. Aparat boz və qızılı rənglərdə əlçatan olacaq.
Emil Hüseynov
Əlavə edilmiş reallığa malik ilk smartfon təqdim olunub
"Lenovo" şirkəti tərəfindən təqdim edilmiş "Lenovo Phab2 Pro" smartfonu istehlak bazarında "Google" korporasiyasına məxsus "Tango" texnologiyası ilə təchiz edilmiş ilk mobil qurğudur."ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən xəbər verir ki, "Tango" – kamera və məsafə sensorlarının köməyi ilə ətraf mühitin tanınması texnologiyasıdır. "Microsoft Xbox" oyun konsolu üçün "Kinect" simsiz kontrolleri eyni üsulla qurulub. "Tango" texnologiyasının özəlliyi ondadır ki, sözügedən texnologiya mobil qurğular üçün nəzərdə tutulub.
Layihə "Google" korporasiyasının "Advanced Technology and Projects" ("ATAP") bölməsi tərəfindən işlənir. "ATAP", həmçinin "Google Ara" modulyar smartfonunun istehsalçısı kimi tanınır.
Beləliklə, "Phab2 Pro" smartfonu "ATAP" bölməsində yaradılmış texnologiyanın ilk real təqdimatıdır. 2017-ci ildə satışa çıxarılması planlaşdırılan modulyar smartfon ikinci təqdimat olacaq.
"Tango" texnologiyası yeni detallar və proqram təminatının məcmusudur. Yeni detallar dedikdə bu, "TOF" kamera (obyektlərə qədər olan məsafəni əks olunan işığın həmin obyektlərə çatma vaxtının ölçülməsi sayəsində müəyyənləşdirir), əlavə "balıq gözü" kamerası və infraqırmızı ötürücü. Sadalanan texnologiyalar qurğunun arxa tərəfində yerləşir.
"Tango" texnologiyası sayəsində smartfonun köməyi ilə arxada yerləşən məkanı skan etmək və ona animasiyalı kompüter qrafikası əlavə etmək mümkündür.
"Lenovo Phab2 Pro" qurğusu 6.4 düym diaqonallı "2K" formatında ekran, 1.8 QHs takt tezlikli səkkiznüvəli "Qualcomm Snapdragon 652" prosessoru, 4 QB əməli yaddaş və 64 QB daxili yaddaş, 4050 milliamper/saat tutumlu batareya ilə təchiz edilib və "LTE" dəstəyinə malikdir. Aparatın ölçüləri 179.8x88.6x10.7 mm, çəkisi təxminən 250 qram təşkil edir.
"Lenovo" şirkəti 2016-cı ilin sentyabrında "Phab2 Pro" smartfonunun satışlarına başlamağı planlaşdırır. ABŞ-da cihazın dəyəri 499 dollar təşkil edəcək. Aparat boz və qızılı rənglərdə əlçatan olacaq.
Emil Hüseynov
Baxış sayı: 525
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet