Tarix:11/06/16
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya mexanika” resursuna istinadən yazır ki, qurğu "CSIC” və "Marsi Bionics” şirkəti ilə birlikdə hazırlanıb və patentləşdirilib. Titan və alümindən düzəldilən 12 kiloqramlıq konstruksiya ayaq üstündə bərkidilən və oynaq nahiyəsində hərəkətli birləşdirilmiş bədən millərindən, hər ayaq üçün 5 olmaqla elektromotordan, akkumulyatorun 5 saatlıq işi üçün hesablanmış vəziyyət və hərəkət tənzimləyicilərindən və idarəetmə kontrollerindən ibarətdir. Cihaz sərtliyi xəstənin vəziyyətinə uyğun müstəqil qura bilir.
Bildirilir ki, 3-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan ekzoskeletdən həm xəstələrin gündəlik həyatda sürətli hərəkət etməsi, həm də stasionar reabilitasiyası üçün istifadəsi planlaşdırılır. Qurğudan istifadə skolioz, osteoporoz və digər kürək əzələ atrofiyası xəstəliklərinin qarşısını almağa kömək edəcək. Hazırda sınaqları keçirilən ekzoskeletdən gələcəkdə mütəxəssislər hərəkətində digər pozuntular olan uşaqlara kömək üçün onun bir neçə modifikasiyasını yaratmaq niyyətindədirlər.
Məlumat üçün qeyd edək ki, kürək əzələ atrofiyası əzələ gücünün, əzələ atrofiyasının sürətlə itirilməsi ilə kəskinləşərək hərəkət pozuntusuna səbəb olmaqla tam ifliclə nəticələnə bilən ağır genetik əsəb-əzələ degenerativ xəstəliyidir. “CSIC”-in məlumatına görə, İspaniyada hər on min uşaqdan biri bu xəstəlikdən əziyyət çəkir.
Nizam Nuriyev
İflic uşaqlara kömək üçün ekzoskelet təqdim olunub
İspaniya alimləri kürək əzələ atrofiyasından əziyyət çəkən uşaqlara yardım üçün ilk ekzoskelet təqdim ediblər. Bu barədə İspaniya Milli Tədqiqat Şurasının (CSIC) məlumatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya mexanika” resursuna istinadən yazır ki, qurğu "CSIC” və "Marsi Bionics” şirkəti ilə birlikdə hazırlanıb və patentləşdirilib. Titan və alümindən düzəldilən 12 kiloqramlıq konstruksiya ayaq üstündə bərkidilən və oynaq nahiyəsində hərəkətli birləşdirilmiş bədən millərindən, hər ayaq üçün 5 olmaqla elektromotordan, akkumulyatorun 5 saatlıq işi üçün hesablanmış vəziyyət və hərəkət tənzimləyicilərindən və idarəetmə kontrollerindən ibarətdir. Cihaz sərtliyi xəstənin vəziyyətinə uyğun müstəqil qura bilir.
Bildirilir ki, 3-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan ekzoskeletdən həm xəstələrin gündəlik həyatda sürətli hərəkət etməsi, həm də stasionar reabilitasiyası üçün istifadəsi planlaşdırılır. Qurğudan istifadə skolioz, osteoporoz və digər kürək əzələ atrofiyası xəstəliklərinin qarşısını almağa kömək edəcək. Hazırda sınaqları keçirilən ekzoskeletdən gələcəkdə mütəxəssislər hərəkətində digər pozuntular olan uşaqlara kömək üçün onun bir neçə modifikasiyasını yaratmaq niyyətindədirlər.
Məlumat üçün qeyd edək ki, kürək əzələ atrofiyası əzələ gücünün, əzələ atrofiyasının sürətlə itirilməsi ilə kəskinləşərək hərəkət pozuntusuna səbəb olmaqla tam ifliclə nəticələnə bilən ağır genetik əsəb-əzələ degenerativ xəstəliyidir. “CSIC”-in məlumatına görə, İspaniyada hər on min uşaqdan biri bu xəstəlikdən əziyyət çəkir.
Nizam Nuriyev
Baxış sayı: 1062
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet