12px13px15px17px
Tarix:14/06/16

Bazanın yenilənməsini tələb etməyən və sistemi yükləməyən süni intellektə malik antivirus təqdim edilib

Artıq sistemə düşmüş zərərli proqram təminatına reaksiya verən sistemlərdən fərqli olaraq “Cylance” fayl icra edilməzdən öncə onu təhlükəsiz və ya təhlükəli kimi təsnif edir.

“ICTnews” Elektron Xəbər Xidməti “osp.ru” saytına istinadən xəbər verir ki, süni intellekt texnologiyalarına əsaslanan, kiberhücumların qarşısının alınması üzrə sistem hazırlayan “Cylance” startapı 100 milyon dollar məbləğində investisiya cəlb edə bilib.

Şirkətin əsas məhsulu olan “CylanceProject” siqnaturaların tanınması, evristik metodlar və davranış monitorinqinə əsaslanan ənənəvi yanaşmalarla müqayisədə sistem resurslarını daha az yükləməklə sistemi zərərli proqram təminatından müdafiə edir. Artıq sistemə düşmüş zərərli proqram təminatına reaksiya verən sistemlərdən fərqli olaraq “Cylance” fayl icra edilməzdən öncə onu təhlükəsiz və ya təhlükəli kimi təsnif edir.

Şirkətin rəsmisi izah edir ki, sistem kodun milyonlarla xarakteristikasını təhlil edərək öncədən öyrədilmiş statik modelin köməyilə onun təyinatını müəyyənləşdirir. Bu əməliyyata 100 milli-saniyədən az vaxt sərf olunur. Obyekt zərərli kimi müəyyən edildikdə icra olunmur.

“Cylance” antivirus təminatının işləməsi üçün internetə qoşulma və bazanın müntəzəm yenilənməsi lazım deyil.

Emil Hüseynov




Baxış sayı: 694

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024