12px13px15px17px
Tarix:22/06/16

İstifadəçiyə səsi sümüklərlə ötürən eynək təqdim edilib

“Zungle Inc.” şirkəti səsin ötürülməsi üçün sümük keçiriciliyindən istifadə edən günəşdən qoruyucu eynək təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “Zungle Panther” sadəcə günəşdən qoruyucu eynək yox, smartfonla “Bluetooth” bağlantısı vasitəsilə musiqi səsləndirməyə, eynəyə quraşdırılan mikrofondan istifadə etməklə dinamiklə danışmağa və səsin ucalığını idarə etməyə imkan verən bir cüt simsiz qulaqcıqdır.

Yeni qurğunun istifadəçiyə səsi eynəyin generasiya etdiyi müəyyən vibrasiyaların köməyi ilə ötürməsi üçün sümük keçiriciliyindən istifadə etməsi diqqəti cəlb edir. Belə texnologiya istifadəçinin qulaqlarını sərbəst buraxmağa və eyni zamanda ətrafda baş verənlərin hamısını eşitməyə imkan verir. Həmçinin texnologiyadan istifadə zamanı səsin keyfiyyəti yüksək olur.

Lakin buna baxmayaraq sistemin müəyyən çatışmazlıqları var. Məsələn, “Zungle Panther” eynəyinin akkumulyatorunun enerjisi 4 saata bitir ki, bundan sonra onu qurğunun yan tərəfində yerləşən micro-USB portundan istifadə etməklə enerji ilə doldurmaq tələb olunur.

Hazırda “Zungle Inc.” sirkəti "Kickstarter” saytında vəsait toplayır və artıq lazım olan məbləğin çox hissəsi yığılıb. Saytda eynək təxminən 100 dollara satılır. İlk tədarüklərə cari ilin noyabrında başlamaq nəzərdə tutulur.

Nizam Nuriyev






Baxış sayı: 791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024