12px13px15px17px
Tarix:23/06/16

Alsgeymer xəstəliyini ilkin mərhələdə aşkarlamaq üçün proqram yaradılıb

ABŞ-ın Harvard Universiteti və Çinin Xuaçjun Elm və Texnologiyalar Universitetinin beynəlxalq tədqiqatçılar qrupu alsgeymer xəstəliyini ilkin mərhələdə aşkarlamaq üçün proqram hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, proqram funksional maqnit-rezonans terapiyası və dərin kompüter təlimi prinsiplərinin birgə işinə əsaslanır. Sistem neyronlarda oksigenin çox olmasına əsaslanaraq baş-beyində elektrik siqnallarının yerləşməsini və qarşılıqlı əlaqəsini qeydə alır. Alsgeymer xəstəliyi zamanı  zülal çoxluğu neyronlarda oksigen çatışmazlığına səbəb olur.

Bildirilir ki, eksperimentdə alimlər orta koqnitiv pozuntulu xəstələrin 93 faizinin və zehni yaxşı vəziyyətdə olan 101 xəstənin göstəricilərini müqayisə ediblər. Beyinin hər nahiyəsində funksional maqnit-rezonans terapiyası vasitəsilə 130 ölçmə aparıldıqdan sonra tədqiqatçılar daha sıx əlaqələri göstərən funksional modellər qurublar. Əldə olunan nəticələr proqramın köməyi ilə alsgeymer xəstəliyinin inkişafı haqqında sınaqda iştirak edənlərin cinsi, yaşı və genetik faktor riskləri barədə klinik məlumatlarla müqayisə edilib. Metodikanın proqnozlaşdırma gücü 80 faizi ötüb.

Beləliklə, yeni yanaşma diaqnostika dəqiqliyini digər diaqnoz qoyma üsulları ilə müqayisədə 20 faiz üstələyib. Həmçinin ənənəvi metodların detallaşdırılması beyinin funksional xəritəsinin çəkilməsindən istifadə zamanı artsa da, artım 16 faiz təşkil edib.

Yaxın vaxtlarda tədqiqatçılar proqramı təkmilləşdirərək onun tətbiqi sahəsini genişləndirmək niyyətindədirlər. Sistem həkimlərin istifadəsinə verilməmişdən əvvəl bir sıra sınaqlardan keçiriləcək.

Nizam Nuriyev 




Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024