Tarix:23/06/16
52 ölkədən təqdim olunmuş və "G-Startup Worldwide Tokyo Top 25" adı altında müəyyənləşən layihələr sırasında Azərbaycanın "BethClip" layihəsi yer alıb.
Növbəti mərhələdə Tokioda qiymətləndiricilər tərəfindən 25 layihə arasından 8 layihə seçiləcək və bu mərhələyə keçmiş layihələrin adları iyunun 24-də müsabiqənin rəsmi "Facebook" səhifəsində elan ediləcək.
Mükafat fonduna əsasən, ikinci yerin qalibi 20 000 dollar məbləğində investisiya mükafatına layiq görüləcək. İlk yerin qalibi isə 50 000 dollar məbləğində investisiya mükafatı və ABŞ-da keçiriləcək final mərhələsində iştirak etmək üçün Silikon Vadisinə səfər imkanı qazanacaq.
Sentyabrda baş tutacaq "Startup Worldwide Global Finals"-da rəqabəti udanlar 250 000 dollar investisiya ilə mükafatlandırılacaqlar. Finalçılar "Google" şirkətinin qərargahında 3 günlük butkempdə (komandaya bütün günü məşq imkanı verən mühit) də iştirak edə biləcəklər.
Qeyd edək ki, "BethClip" – "bulud" texnologiyaları əsasında qurulmuş özək üzərində, müxtəlif platformalar və cihazlar arasında çalışan, bir klik vasitəsilə cihazın "clipboard"ındakı mətn, şəkil və ya istənilən məlumatın digər cihaz(lar)a ani ötürülməsini təmin edən proqram tipli xidmətdir.
"BethClip" "QUTechnopark"-ın təşkil etdiyi "Yeni Fikir-2014"-ün qalibi olub.
Həmçinin "ITU Telecom World"-də ən yaxşı KOS (Kiçik və Orta sahibkar) mükafatına layiq görülüb. Layihənin rəhbəri Rəşid Əliyevdir.
Əlavə edək ki, bütün dünyada keçirilən "G-Startup" erkən mərhələdə olan ən innovativ startapları tapmaq, onlara ümumilikdə 1 milyon dollar sərmayə qoymaqla, qlobal şəbəkədə dəstəkləmək, eyni zamanda qalib startaplara innovasiya gücü ilə dünyanı dəyişdirmək imkanını yaratmaq məqsədi daşıyır.
Həqiqət İSABALAYEVA
Azərbaycan startapı dünyanın 228 layihəsi arasında ilk 25-liyə düşüb
Dünyanın 228 layihəsi arasından seçilən Azərbaycan startapı Yaponiyada keçirilən Qlobal "G-Startup" Müsabiqəsində ilk 25-liyə daxil olub.52 ölkədən təqdim olunmuş və "G-Startup Worldwide Tokyo Top 25" adı altında müəyyənləşən layihələr sırasında Azərbaycanın "BethClip" layihəsi yer alıb.
Növbəti mərhələdə Tokioda qiymətləndiricilər tərəfindən 25 layihə arasından 8 layihə seçiləcək və bu mərhələyə keçmiş layihələrin adları iyunun 24-də müsabiqənin rəsmi "Facebook" səhifəsində elan ediləcək.
Mükafat fonduna əsasən, ikinci yerin qalibi 20 000 dollar məbləğində investisiya mükafatına layiq görüləcək. İlk yerin qalibi isə 50 000 dollar məbləğində investisiya mükafatı və ABŞ-da keçiriləcək final mərhələsində iştirak etmək üçün Silikon Vadisinə səfər imkanı qazanacaq.
Sentyabrda baş tutacaq "Startup Worldwide Global Finals"-da rəqabəti udanlar 250 000 dollar investisiya ilə mükafatlandırılacaqlar. Finalçılar "Google" şirkətinin qərargahında 3 günlük butkempdə (komandaya bütün günü məşq imkanı verən mühit) də iştirak edə biləcəklər.
Qeyd edək ki, "BethClip" – "bulud" texnologiyaları əsasında qurulmuş özək üzərində, müxtəlif platformalar və cihazlar arasında çalışan, bir klik vasitəsilə cihazın "clipboard"ındakı mətn, şəkil və ya istənilən məlumatın digər cihaz(lar)a ani ötürülməsini təmin edən proqram tipli xidmətdir.
"BethClip" "QUTechnopark"-ın təşkil etdiyi "Yeni Fikir-2014"-ün qalibi olub.
Həmçinin "ITU Telecom World"-də ən yaxşı KOS (Kiçik və Orta sahibkar) mükafatına layiq görülüb. Layihənin rəhbəri Rəşid Əliyevdir.
Əlavə edək ki, bütün dünyada keçirilən "G-Startup" erkən mərhələdə olan ən innovativ startapları tapmaq, onlara ümumilikdə 1 milyon dollar sərmayə qoymaqla, qlobal şəbəkədə dəstəkləmək, eyni zamanda qalib startaplara innovasiya gücü ilə dünyanı dəyişdirmək imkanını yaratmaq məqsədi daşıyır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 2474
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet