12px13px15px17px
Tarix:28/06/16

“3D” printerdə çap edilmiş böyrək amerikalının həyatını xilas edib

ABŞ-ın “İntermauntin” Tibb Mərkəzinin əməkdaşları “3D” printerdə çap edilmiş canlı orqan modelinin köməyi ilə böyrək şişinin kəsilməsi üzrə uğurlu əməliyyat keçirib.

Solt-Leyk-Sitidə yerləşən “İntermauntin” Tibb Mərkəzində Linda Qrin adlı pasiyent üzərində əməliyyat keçirilib. Xəstənin vəziyyəti ağır olub. Bərkişmə böyrək arteriyası və venasına çox yaxın yerləşdiyindən cərrahi müdaxilə böyük risk demək idi.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən xəbər verir ki, həkimlər kompüter tomoqrafiyası metodunun köməyi ilə  sıradan çıxmış böyrəyin “3D” vizuallaşdırmasını yaradaraq onu iki ayrıca seqment kimi çap ediblər. Prototip şişin yerləşməsi və onun toxumalara birləşməsi üsuluna aydınlıq gətirib: şiş böyrək ləyənin yuxarı hissəsinə yayılmışdı.

"3D model olmadan kompüter tomoqrafiyasının köməyi ilə əməliyyatdan öncə bərkişməni detallaşdırmaq mümkün olmazdı. “3D” çap texnologiyası daha dolğun cərrahi plan hazırlamağa, pasiyentə prosedurun çətinliyini və şişin kəsilib götürülməsi mərhələlərini nümayiş etdirməyə kömək edib” –  həkim Cey Bişoff deyib.

Bişoffun sözlərinə görə, hələ ki daxili orqanların “3D” çapı təşəkkül mərhələsindədir, amma keçirilmiş əməliyyat pasiyentlərə yüksəktexnologiyalı qulluq göstərilməsi üzrə irəliyə doğru atılmış addımdır.

Emil Hüseynov




Baxış sayı: 605

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024