12px13px15px17px
Tarix:28/06/16

“Google” konstruktoru uşaqlara proqramlaşdırmanı öyrədəcək

"Google" şirkəti proqramçı, dizayner və alimlərə azyaşlı uşaqlara (5+) kompüter proqramlaşdırma dilini öyrətmək üçün alətlər hazırlamağa kömək məqsədi daşıyan "Project Bloks" aparat platformasını təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, əl altında "maus" və klaviatura deyil, "Lego" kubikləri kimi toxunmaqla hiss edilən əşyalara malik uşaq kodu yazmağı və məntiqi zəncirlər qurmağı daha asan öyrənəcək. "Google" gələcək proqramçılara "kompüter" kimi eksperiment aparmağa, düşünməyə və yeni nəyisə sınaqdan keçirməyə imkan verən nümunə konstruktoru "IDEO" dizayner firması ilə birlikdə ərsəyə gətirib. İlk dəsti əsas götürən şirkətlər uşaqlar üçün başqa öyrədici oyuncaqlar icad edə bilərlər. Bununla belə, "Google" uşaq malları bazarına çıxmağı planlaşdırmır.

"Google" mütəxəssisləri "Project Bloks" platformasını üç hissədən ibarət "fiziki" proqramlaşdırma dili adlandırırlar. Birinci komponent "Raspberry Pi" mini-kompüter platası ilə təchiz edilən "Brain Board" "beyini" və mərkəzi prosessor hesab edilir. Onun ikinci tərkib hissəsi müxtəlif göstərişləri (yandır və ya söndür, sağa dön, rəqəmləri artır və s.) qəbul edə bilən aktiv elektron komponentlərsiz "Pucks" moduludur.

"Base Board" adlanan üçüncü komponent "Pucks" modulundan daxil olan komandaları "oxuyur" və onları yerinə yetirmək üçün "Brain Board"a ötürür. Həmçinin komponentdə uşağın real vaxt rejimində əks rabitəni ala bilməsi üçün vibroötürücü və işıq diodları quraşdırılıb. "Project Bloks" aparat platformasından istifadə edən uşaqlar, məsələn, rəsm çəkmək üçün "Mirobot" və ya "Lego WeDo 2.0" robotunu idarə edə bilərlər. 

Nizam Nuriyev
 






Baxış sayı: 762

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024