12px13px15px17px
Tarix:18/07/16

"Gülləkeçirməz" smartfon istehsal olunub (VİDEO)

Çinin "Leagoo" şirkəti maksimum dözümlüyə malik "Leagoo M5" smartfon modelini təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "CNews" resursuna istinadən yazır ki, əsas yenilik ondan ibarətdir ki, korpusu bütöv metal çərçivədən ibarət qurğunun sensorlu displeyi güclü mexaniki ağırlıqlardan sonra salamat qalır və işləməyə davam edir.

Aparat istehsalçısı qiyməti 70 dollar təşkil edən "Leagoo M5" displeyini gülləkeçirməz adlandırır. Lakin "YouTube" servisində dərc edilən videoda qurğunun möhkəmliyi güllə ilə yox, cövüz və çəkiclə yoxlanılır və smartfon göründüyü kimi, bu sınaqdan uğurla çıxır. Bundan başqa, "Leagoo M5" mismar vurmaq üçün çəkici əvəz edir, eləcə də üstündən keçən avtomobilin təkərlərinin təzyiqinə dözür.

Smartfonun əsas xarakteristikalarına gəldikdə, 5 düymlü displeyin təsvir ölçüsü 1280×720 piksel təşkil edir. Həmçinin aparat dördnüvəli "МТ6580А" prosessor, 2 QB tutumlu operativ yaddaş və 16 QB quraşdırılmış yaddaşla təchiz edilib. Akkumulyator tutumu 2300 milliamper/saata bərabər "Leagoo M5" "Android 6.0" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Bundan əlavə, qurğu identifikasiya sürəti 0,19 saniyə təşkil edən barmaq izləri skanerinə malikdir. 

Nizam Nuriyev 






Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024