Tarix:19/07/16
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, belə qurğulardan biri bu yaxınlarda patent hüququnun alındığı, istifadəçiyə gözəl dalğalanan saçlarla fotoşəkillər çəkməyə imkan verən ventilyatorun quraşdırıldığı selfi çubuğudur. Qurğunun iş prinsipi çox sadədir. Belə ki, selfi çubuğunda quraşdırılan propeller şəkil çəkdirən insanın saçlarını dalğalandırır.
Məlumata görə, avstraliyalı ixtiraçı Saymon Kantor selfi çubuğunu əsas kimi götürərək onun alternativini kəşf etməklə “Android” və “iOS” əməliyyat sistemləri ilə uyğunluq təşkil edən selfi üçün ilk pilotsuz uçan aparat yaradıb.
Kiçikölçülü dron 25 km/saat sürətlə uçur, eləcə də istifadəçidən 25 metr məsafəyədək aralana və 25 dəqiqəyədək havada qala bilir. Həmçinin “GPS” modulu ilə təchiz edilən aparat maneələrdən yan keçir.
Bundan başqa, qiyməti 400 dollar təşkil edən qurğu istifadəçinin arxasınca nəzarət olmadan uçur ki, bu da ona müxtəlif və çoxlu şəkillər çəkməyə imkan verir.
Nizam Nuriyev
Selfi üçün ilk dron ixtira edilib
Selfi çubuğu uzun müddətdir əksər fotoqrafiya həvəskarları üçün əvəzedilməz qurğu hesab edilir, onsuz həm həvəskarlar, həm də peşəkarlar üçün istənilən fotosessiyanı təsəvvür etmək qeyri-mümkündür. Belə qurğular gündəlik həyata daxil olduqdan sonra onlar daim təkmilləşdirilərək daha qəribə formalar alır və daim yeni funksiyalarla təchiz edilir.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, belə qurğulardan biri bu yaxınlarda patent hüququnun alındığı, istifadəçiyə gözəl dalğalanan saçlarla fotoşəkillər çəkməyə imkan verən ventilyatorun quraşdırıldığı selfi çubuğudur. Qurğunun iş prinsipi çox sadədir. Belə ki, selfi çubuğunda quraşdırılan propeller şəkil çəkdirən insanın saçlarını dalğalandırır.
Məlumata görə, avstraliyalı ixtiraçı Saymon Kantor selfi çubuğunu əsas kimi götürərək onun alternativini kəşf etməklə “Android” və “iOS” əməliyyat sistemləri ilə uyğunluq təşkil edən selfi üçün ilk pilotsuz uçan aparat yaradıb.
Kiçikölçülü dron 25 km/saat sürətlə uçur, eləcə də istifadəçidən 25 metr məsafəyədək aralana və 25 dəqiqəyədək havada qala bilir. Həmçinin “GPS” modulu ilə təchiz edilən aparat maneələrdən yan keçir.
Bundan başqa, qiyməti 400 dollar təşkil edən qurğu istifadəçinin arxasınca nəzarət olmadan uçur ki, bu da ona müxtəlif və çoxlu şəkillər çəkməyə imkan verir.
Nizam Nuriyev
Baxış sayı: 622
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı