Tarix:27/07/16
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, fırıldaqçılıq hücumlarında ən çox yayılmış "Adobe Flash" platformasında boşluqlardan istifadə üçün "exploite" kompüter proqram dəstidir. İnsidentlərin 80 faizində "Adobe Flash"də boşluqlardan uğurlu istifadə üçün "Nuclear" "exploite" proqramından istifadə olunub. Cinayətkarlar, həmçinin fırıldaqçılıq kampaniyalarında "JBoss" əlavələr serverində boşluqlardan yeni vektor kimi aktiv yararlanıblar.
Hesabata görə, 2015-ci ilin sentyabrından 2016-cı ilin martınadək tədqiqatçılar zərərli proqram aktivliyi ilə əlaqədar "HTTPS" trafikdə beşqat artım qeydə alıblar. Artım, əsasən, zərərli reklam bildirişlərinin yoluxdurulması və reklam proqram təminatının yayılmasında müşahidə edilib. Şifrlənmiş "HTTPS" bağlantılarından istifadə edən cinayətkarlar öz aktivliklərini gizlətməyə və hücumların həyata keçirilməsi üçün kifayət qədər vaxt qazanmağa çalışırlar.
Bildirilir ki, istifadəçilər yenilənmələri vaxtında quraşdırmamaqda davam edirlər ki, bu da cinayətkarlara "exploite" proqramlarından məlum boşluqlar üçün istifadəyə imkan verir. Köhnəlmiş proqram təminatından istifadə səbəbindən qurğuların çoxu müxtəlif növ hücumlar üçün boşluqlar yaradır. Nümunə kimi tədqiqatçılar boşluqların müddətini müəyyənləşdirmək üçün müxtəlif infrastrukturlarda istifadə edilən sadə "Cisco" qurğular dəstini götürüblər. Məlum olub ki, qurğuların 23 faizində 2011-ci ilə aid boşluqlar, 16 faizində isə ilk dəfə 2009-cu ildə aşkarlanan səhvlər var.
Məlumata görə, cinayətkarlar şəbəkə trafikinin şifrlənməsi üçün istifadə olunan "TLS" protokolundan aktiv yararlanmağa başlayıblar. Bu, İT mütəxəssisləri arasında narahatlıq doğurur, çünki paketlərin dərindən yoxlanılması effektsiz alətə çevrilir.
2015-ci ilin dekabrından 2016-cı ilin aprelinədək "Cisco" təhlükələrin orta aşkarlanma vaxtını 13 saatadək azaltmağa nail olub. Lakin əksər şirkətlərdə nəzərdə tutulan norma 100-200 gün təşkil edir.
Nizam Nuriyev
“Cisco”: Cinayətkarlar fırıldaqçılıq proqram təminatından daha çox istifadə edirlər
"Cisco" şirkəti 2016-cı ilin birinci yarısı üçün kibertəhlükəsizlik üzrə hesabat dərc edib. Sənədə görə, kiberhücumlarda cinayətkarlar daha çox zərərli fırıldaqçılıq proqram təminatından istifadə ediblər. Bu ilin birinci rübündə həm müəssisələr, həm də ayrı-ayrı istifadəçilərə qarşı yönəlmiş fırıldaqçılıq kampaniyaları daha aktiv və güclü olub."ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, fırıldaqçılıq hücumlarında ən çox yayılmış "Adobe Flash" platformasında boşluqlardan istifadə üçün "exploite" kompüter proqram dəstidir. İnsidentlərin 80 faizində "Adobe Flash"də boşluqlardan uğurlu istifadə üçün "Nuclear" "exploite" proqramından istifadə olunub. Cinayətkarlar, həmçinin fırıldaqçılıq kampaniyalarında "JBoss" əlavələr serverində boşluqlardan yeni vektor kimi aktiv yararlanıblar.
Hesabata görə, 2015-ci ilin sentyabrından 2016-cı ilin martınadək tədqiqatçılar zərərli proqram aktivliyi ilə əlaqədar "HTTPS" trafikdə beşqat artım qeydə alıblar. Artım, əsasən, zərərli reklam bildirişlərinin yoluxdurulması və reklam proqram təminatının yayılmasında müşahidə edilib. Şifrlənmiş "HTTPS" bağlantılarından istifadə edən cinayətkarlar öz aktivliklərini gizlətməyə və hücumların həyata keçirilməsi üçün kifayət qədər vaxt qazanmağa çalışırlar.
Bildirilir ki, istifadəçilər yenilənmələri vaxtında quraşdırmamaqda davam edirlər ki, bu da cinayətkarlara "exploite" proqramlarından məlum boşluqlar üçün istifadəyə imkan verir. Köhnəlmiş proqram təminatından istifadə səbəbindən qurğuların çoxu müxtəlif növ hücumlar üçün boşluqlar yaradır. Nümunə kimi tədqiqatçılar boşluqların müddətini müəyyənləşdirmək üçün müxtəlif infrastrukturlarda istifadə edilən sadə "Cisco" qurğular dəstini götürüblər. Məlum olub ki, qurğuların 23 faizində 2011-ci ilə aid boşluqlar, 16 faizində isə ilk dəfə 2009-cu ildə aşkarlanan səhvlər var.
Məlumata görə, cinayətkarlar şəbəkə trafikinin şifrlənməsi üçün istifadə olunan "TLS" protokolundan aktiv yararlanmağa başlayıblar. Bu, İT mütəxəssisləri arasında narahatlıq doğurur, çünki paketlərin dərindən yoxlanılması effektsiz alətə çevrilir.
2015-ci ilin dekabrından 2016-cı ilin aprelinədək "Cisco" təhlükələrin orta aşkarlanma vaxtını 13 saatadək azaltmağa nail olub. Lakin əksər şirkətlərdə nəzərdə tutulan norma 100-200 gün təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 742
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)