12px13px15px17px
Tarix:28/07/16

“Ağıllı” dərman qutusu müalicəni təyin edəcək (VİDEO)

"19Labs" şirkəti ABŞ-ın tibbi mərkəz və universitetləri ilə əməkdaşlıqda "GALE" "ağıllı" dərman qutusu icad edib. Qurğu hazırda soyuqdəymə və ya qrip kimi geniş yayılmış xəstəliklər zamanı kömək etməklə yanaşı, yanıqlar, kəsilmiş yaralar, sınıqlar, zəhərlənmələr və həyat üçün təhlükəli digər hallarda tövsiyələr verəcək və müalicəni təyin edəcək.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, dərman qutusu tibbi preparatların düzgün saxlanılmasını təşkil etməyə və quraşdırılmış sensor ekrana bildirişlər göndərərək xəbərdarlıq etməklə onların yararlılıq müddətinin başa çatmasını izləməyə kömək edəcək. Ekranda, həmçinin dərman vasitələrinin qəbulu üzrə təlimat görünəcək, eləcə də videokamera vasitəsilə tibbi yardımın göstərilməsi üçün mütəxəssislə əlaqə yaratmaq mümkün olacaq. Bundan başqa, "GALE" termometr, nəbz oksimetri və təcili çağırış düyməsi ilə təchiz edilib.

SİM-kart üçün çıxışla təchiz edilən yeni tibbi qurğu müalicəni aparan həkimə və ya kontaktlar siyahısında olan ailə üzvlərinə xəstənin sağlamlıq vəziyyəti barədə bildirişlər göndərəcək. Həmçinin dərman ehtiyatını qurğunun əsas menyusundan onların çatdırılmasını poçtla sifariş etməklə artırmaq olar.
 
"GALE" "ağıllı" dərman qutusunun qiyməti barədə məlumat verilmir.

Nizam Nuriyev

 








Baxış sayı: 998

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024