12px13px15px17px
Tarix:23/09/11

“Facebook” profillərin dizaynını dəyişdirir (VİDEO)

Mark Sukerberq “F8” konfransında “Facebook” sosial şəbəkəsinin yeni funksiyalarını təqdim edib. Ən maraqlı yenilik “Timeline” funksiyası – profillərin cari dizaynını praktik olaraq tamamilə dəyişdirən istifadəçi informasiyasının təqdim edilməsi sistemidir.

Mark Sukerberq “Timeline” funksiyasını istifadəçinin həyat tarixinin təsviri adlandırıb. Yeni funksiya bütün şəkilləri, qeydləri, videoçarxları, proqramları, coğrafi yerləşməni və digər məlumatları xronoloji qaydada əks etdirir.

Hələ ki xidmət yalnız mobil versiyada işləyir, stolüstü versiya beta-test mərhələsindədir. Daha bir yenilik “Ticker” panelidir. Bu paneldə dostların bütün fəaliyyətləri haqqında informasiya əks olunur (əlbəttə, əgər onlar bunu istəsələr).





Baxış sayı: 2444

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 Dekabr 2022

02 12 2022