12px13px15px17px
Tarix:08/08/16

Süni intellekt xərçəng xəstəsinin həyatını xilas edib

Yapon həkimləri ilk dəfə xərçəngin nadir formasından əziyyət çəkən pasiyentin müalicəsində süni intellektdən istifadə ediblər. “Kiodo” agentliyi yazır ki, “Watson” superkompüter proqramı indiyədək tətbiq edilmiş müalicə metodunu dəyişdirməyi təklif edib və nəticədə insan həyatını xilas etmək mümkün olub.
"Yaponiyada ilk dəfə süni intellekt pasiyentin həyatını xilas etmək üçün tətbiq edilib" – cərrahi əməliyyatda iştirak etmiş həkimlərdən biri Arinobu Todze deyib.

“ICTnews” Elektron Xəbər Xidməti tass.ru saytına istinadən xəbər verir ki, həkimlər ilk öncə pasiyentə kəskin miyeloid leykomiya diaqnozu qoyublar və bu diaqnoza müvafiq müalicəni təyin ediblər. Ancaq heç bir nəticə olmadığından süni intellektdən istifadəyə dair qərar verilib.

“Watson” superkompüteri mövcud göstəriciləri xərçəng xəstəliyinə dair 20 milyon kliniki tədqiqatın nəticəsi ilə müqayisə etdikdən sonra müəyyənləşdirib ki, pasiyent leykomiyanın başqa formasından əziyyət çəkir. Müalicə metodunun dəyişdirilməsi müsbət nəticə verib və xəstənin həyatını xilas etmək mümkün olub.

Emil Hüseynov




Baxış sayı: 560

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024