12px13px15px17px
Tarix:11/08/16

Smartfonlar üçün rekord sıxlığa və məhsuldarlığa malik yaddaş çipləri buraxılıb

“Micron” şirkəti smartfon üçün bazarda ən yüksək sıxlığa və məhsuldarlığa malik yaddaş çipləri buraxıb.
Yeni yaddaş çipi ilə təchiz edilmiş ilk qurğuların 2017-ci ilin ikinci yarısında satışa çıxarılacağı gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti cnews.ru saytına istinadən xəbər verir ki, “Micron” şirkəti ümumilikdə dörd çip modeli buraxıb ki, ikisində “Universal Flash Storage 2.1” (“UFS”), digər ikisində isə “MultiMediaCard 5.1” (“eMMC”) standartından istifadə edilib.

“Universal Flash Storage 2.1” standartı tətbiq edilmiş modellərdən biri çoxfunksiyalı moduldur, 32 QB fləş yaddaşdan başqa 3 QB tutumunda “LPDDR4X” əməli yaddaşına malikdir.

Yeni çiplərdə tətbiq edilmiş “3D NAND” texnologiyası məlumatların yazma sıxlığını xeyli (planar strukturla müqayisədə 3 dəfə yüksək) yüksəltməyə imkan verib.

Bundan başqa, “Micron” şirkəti yeni çiplərdə ilk dəfə üzən çaxmaqlı tranzistorların tətbiqinə dair qərar verib. Şirkətin nümayəndəsi Den Binqem izah edib ki, nəticədə yaddaşın istismar müddəti və etibarlılığı artacaq.

Yeni yaddaş çiplərində işləmə sürəti ardıcıl oxuma rejimində 600 Mbit/s təşkil edir ki, bu da şirkətin əvvəlki nəsil məhsullarının göstəricisini 40% ötür.

Emil Hüseynov




Baxış sayı: 523

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024