12px13px15px17px
Tarix:15/08/16

Virtual reallıq və ekzoskelet pasiyentlərin iflic olmuş ayaqlarını qismən hərəkətə gətiriblər

Braziliya, ABŞ, İsveçrə və Almaniyadan olan alimlər qrupu virtual reallıq, neyrointerfeys və avtomatlaşdırılmış ekzoskeletin köməyi ilə pasiyentlərin iflic olmuş ayaqlarını qismən hərəkətə gətiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti newsru.com saytına istinadən xəbər verir ki, alimlərin uzunmüddətli sınağında onurğa, beyin travmasına görə ayaqları iflic olmuş səkkiz insan iştirak edib. Könüllülər həftədə iki dəfə neyrointerfeys vasitəsilə məşqlər keçiriblər: beynin fəallığını qeydə alaraq məlumatlar təhlil üçün kompüterə göndərib.

Sınağa start verildikdən 1 il sonra bütün pasiyentlərin iflic olmuş ayaqlarında irəliləyiş qeydə alınıb. Belə ki, sınaq iştirakçıları ağrının təsirini, toxunuşu və ayaqların vəziyyətini qismən də olsa, dəqiq müəyyənləşdirməyə nail olublar. Həmçinin pasiyentlər öz istəkləri əsasında iflic olmuş əzələlərini cüzi yığmağı öyrəniblər. İrəliləyiş o qədər nəzərə çarpan olub ki, sınağın dörd iştirakçısına qoyulmuş "tam paraplegiya" diaqnozu qismən paraplegiya ilə əvəz edilib.

Emil Hüseynov






Baxış sayı: 599

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024