12px13px15px17px
Tarix:18/08/16

İlk geyinilə bilən beyin skaneri fenomenal qabiliyyətlərə malik insanları öyrənməkdə kömək edəcək

ABŞ alimləri ilk geyinilə bilən Pozitron Emissiya Tomoqrafiyası (PET) skaneri hazırlayıblar. Aparat insan hərəkətdə olduqda beyinin işini öyrənməyə imkan verir. Bu yaxınlarda alimlər komandası bildiriblər ki, yeni skanerdən savant sindromundan əziyyət çəkən insanlarda qeyri-adi istedadların (xüsusi yaddaş və ya inanılmaz riyazi qabiliyyət) üzə çıxarılmasında istifadə olunması planlaşdırılır.

"ICTnews" Elektron Xəbər Xidməti vesti.ru saytına istinadən yazır ki, indi beyinin müxtəlif sahələrinin skanı üzrə mövcud metodlar insanın hərəkətsiz vəziyyətdə olmasını tələb edir. Bu isə beynin işləməsi zamanı müşahidəsi mümkün olan fəaliyyət növlərini məhdudlaşdırır. Amma yeni skaner alimlərə beyinin işini ən adi şəraitdə öyrənməyə imkan verəcək.

Bundan başqa, mütəxəssislərin sözlərinə görə, yeni skaner Parkinson xəstəliyini daha yaxşı anlamağa kömək edəcək və insultdan zərər çəkmiş insanların müalicə metodunu yaxşılaşdıracaq.

Sten Mayevskiy və onun Qərbi Virciniya Universitetində işləyən həmkarları tərəfindən düzəldilmiş 12 detektordan ibarət olan üzük formalı aparatı başa geyinmək olar.

Mütəxəssislər artıq bu metodu dörd insan üzərində sınaqdan keçiriblər. Hər biri aparatı başa geyinib öz gündəlik həyat tərzinə davam edərək, sərbəst hərəkət ediblər. "Əldə edilmiş təsvirlərin keyfiyyəti ənənəvi PET skanerlərdə olduğu kimidir. Hələ indiyədək hərəkət zamanı beyinin işini öyrənmək heç kəsə nəsib olmamışdı" - deyə Qərbi Virciniya Universitetinin əməkdaşı Culiya Luis bildirib.

 Artıq alimlər müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların beyininin skan edilməsinə başlamağı planlaşdırırlar.

Emil Hüseynov




Baxış sayı: 484

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024